Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb - FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı rayonun Gərəkli kənd sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Elşad Mustafayev idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə hərəkətdə olarkən saxlanılıb.
Polis Şöbəsində şəxsi axtarış zamanı ondan bükümlərdə 7 qram, avtomobilə baxış keçirilən zaman isə 144 qram narkotik vasitə olan heroin aşkarlanıb.
Araşdırma zamanı E.Mustafayevin həmin narkotik vasitəni satış məqsədilə üzərində və avtomobilində daşıdığı məlum olub.
Keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Mahamalar kənd sakini İlkin Paraşov saxlanılıb. Ondan da heroin aşkar olunaraq götürülüb.
Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib və faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.






“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












