Baş prokurordan qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı AÇIQLAMA

AZAL təyyarəsinin vurulması və Aktauda qəzaya uğraması ilə bağlı Rusiya tərəfi konkret nəticələr barədə Azərbaycana məlumat vermir.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Ankarada səfərdə olan Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, AZAL-ın təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında yerə düşəndən etibarən Azərbaycan Rusiya İstintaq Komitəsi ilə daim əlaqə saxlayır və məktublar ünvanlayır:
"Onlar hələ ki, ekspertizaların keçirilməsi, istintaqın davam etdirilməsi, istintaq hərəkətlərinin həyata keçirilməsini əsas gətirməklə konkret nəticələr barədə bizə məlumat vermirlər. Amma bizim özümüzdə istintaqın ilkin mərhələsindən kifayət qədər sübutlar var. Biz hadisənin baş vermə halları ilə bağlı həm kifayət qədər məlumatlıyıq, həm də zəruri olan bütün sübutları toplamışıq. Qazaxıstan tərəfindən fəaliyyətimizi koordinasiya edirik.
Təyyarə Aktau şəhəri yaxınlığında yerə düşən kimi Azərbaycan Baş prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başladıldı. Eyni zamanda, Qazaxıstan tərəfi, sonradan isə Rusiya İstintaq Komitəsi də cinayət işi başlatdı. Yəni hazırda üç ölkədə cinayət faktları araşdırılır. Sual oluna bilər ki, bir fakta görə niyə üç ölkədə cinayət işi açılıb? Ona görə ki, bu və ya digər formada hər üç ölkənin maraqlarına toxunan bir məsələdir. Məlumdur ki, o hadisə zamanı hər üç ölkənin vətəndaşları arasında həm həyatlarını itirən, həm də müxtəlif dərəcəli bədən xəsarətləri alanlar olub. Bu səbəbdən biz həm Rusiya İstintaq Komitəsi, həm də Qazaxıstanla əməkdaşlıq edirik".
K.Əliyev, həmçinin ilk vaxtlardan Braziliya Prokurorluğu ilə əlaqə saxladıqlarını vurğulayıb.
"Bilirsiniz ki, həmin təyyarə Braziliyada istehsal olunub. Hər halda ümid edirik ki, Rusiya tərəfi qısa zaman kəsiyində bizə istintaqın gedişi və konkret nəticələr, eyni zamanda cinayəti törətmiş (amma biz demirik bu qəsdən törədilib) şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı bizə məlumat verəcəklər. Əgər bu, olmazsa, o zaman Cənab Prezidentin də dediyi kimi, bizim Beynəlxalq məhkəmələrdə iddia qaldırmaq hüququmuz var", - Baş prokuror əlavə edib.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










