Başına 1000 manat qoyulan sürücü tutuldu: Onu heyvan bildim - VİDEO

Başına 1000 manat pul qoyulan sürücü tapıldı. Noyabr ayının 11-i Şəkidə, rayonun İnçə kənd sakini, 1969-cu il təvəllüdlü Mübariz Qurbanəli oğlu İsmayılovu vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
Avtosfer.az xəbər verir ki, Şəki Rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, qəzanı paytaxt sakini Mirzə Lətifov törədib.
O, saxlanılaraq istintaqa cəlb edilib. M.Lətifov ilkin ifadəsində, idarə etdiyi 99- EP- 686 dövlət nömrə nişalı “Mercedes” markalı avtomobillə qəzanı törətdiyini etiraf edib. Amma o vurduğunun insan yox, heyvan olduğunu düşünüb və buna görə də hadisə yerindən uzaqlaşıb.
Saxlanılan şəxs qəzaya səbəb kimi isə onun gözünə qarşıdan gələn avtomobilinin işığının düşməsini göstərib.
Hazırda faktla bağlı Şəki Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Xatırladaq ki, hadisə noyabrın 11-də Şəkidə şəhər hissəsində baş verib. Rayonun İnçə kənd sakini, 1969-cu il təvəllüdlü Mübariz Qurbanəli oğlu İsmayılov yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulmuş və ağır bədən xəsarətləri alan Mübariz İsmayılov hadisə yerində ölmüşdü. Qəzanı törədən sürücü isə hadisə yerindən qaçmışdı.
Qəzadan sonra Şəki Rayon Polis İdarəsi hadisəni törədən sürücü haqqında hansısa məlumat verən şəxsə təhlükəsizliyinə zəmanət vermək şərti ilə 1000 manat məbləğində mükafat vəd etmişdi.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












