Başqasının kartına səhvən göndərilən pulu necə almaq olar?

Bəzən insanlar kartdan karta pul göndərən zaman səhvən başqa hesaba göndərirlər. Kartdan karta pul köçürülməsi zamanı ad soyad tələb olunmadığı üçün kimin hesabına köçürdüklərini də bilmirlər.
Bu zaman problem necə həll olunur? Səhvən pul alan şəxs bu məbləği özündə saxlaya bilərmi, yoxsa qaytarmalıdır?
Avtosfer.az xəbər verir ki, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Valyuta.az-a bildirdi ki, bununla bağlı qanun var və bu, Mülki Məcəllədə “yersiz varlanma” adlanır:

“Bu zaman pulu səhv atan vətəndaş atdığı şəxsin kim olduğunu bilmədiyi üçün öz bankına müraciət etməlidir. Həmin bank səhv atılan şəxsin bankına müraciət edir ki, bank bununla məşğul olsun və pulu geri alsın. Pul geri qaytarıldığı zaman komissiya tutulduğu üçün onsuz da eyni məbləğ əldə edilməyəcək. Şəxs pulu qaytarmırsa və pulun ona başqa yerdən gəldiyini iddia edirsə, göndərən şəxs məhkəməyə müraciət etməlidir. Burda isə əsas problem alan şəxsin kimliyinin bank tərəfindən gizlədilməsidir. Bu vəziyyətdə həmin şəxs pulu alanın bankını məhkəməyə dəvət etməlidir. Bank məhkəməyə verildiyi təqdirdə iddia ərizəsində dəyişiklik edilir və cavabdeh kimi alan şəxsin özü məhkəməyə çağırıllr. Məhkəmə alan şəxsdən pulun haradan gəldiyini əsaslandırmasını tələb edəcək. Əgər əsaslandırma edəcək dəlil yoxdursa, bu zaman pul həmin şəxsdən geri alınacaq”.
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO










