Bayramdan sonra Bakı... - FOTO

Hər il olduğu kimi, bu il də dekabrın 31-dən yanvarın 1-nə keçən gecə çox sayda qonaqlar möhtəşəm atəşfəşanlığı izləmək üçün Bakının mərkəzinə axın edib. Bu böyük izdihamdan sonra parkların, meydanların və küçələrin zibillənməsi, ətrafın çirklənməsi təbii və gözlənilən haldır.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) məlumat yayıb.
Bildirilib ki, bütün bunlara baxmayaraq, bayram gecəsinin ardından paytaxtın təmiz və nizamlı görünüşü hər kəsin diqqətini çəkib.
Böyük izdihamın olduğu, çox sayda insanın bir araya gəldiyi məkanlarda Bakı şəhərinin kommunal xidmətlərinin effektiv fəaliyyəti sözsüz ki, xüsusi qeyd edilməlidir.
Yanvarın 1-i səhər saat 06:00-da artıq şəhərin küçələrində, parklarda və meydanlarda tam təmizlik təmin edilib.
Bakıda keçirilən bayram tədbiri isə şəhərin kommunal təsərrüfat işçilərinin işinin yüksək səviyyədə təşkil olunması ilə yanaşı, Prezident İlham Əliyevin siyasəti nəticəsində insanlarımızın həyat və mədəni səviyyəsinin durmadan artmasının əyani sübutudur. Bundan əlavə dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində paytaxtın kommunal strukturlarının maddi texniki bazası hər il gücləndirilir.
İnsanların təhlükəsiz və rahat şəraitdə bayramı qeyd etməsi, ardınca isə şəhərin sürətlə əvvəlki vəziyyətinə qayıtması Bakı şəhərinin müasir paytaxt olaraq davamlı inkişaf etdiyini bir daha təsdiqləyir.
Qeyd edək ki, Bakının təmiz və nizamlı görünüşü dünyanın bir çox paytaxt şəhərlərində bayram gecəsindən sonra yaranan mənzərə ilə kəskin ziddiyyət təşkil edir. Məsələn, Fransanın paytaxtı Parisdə qalaq-qalaq zibil yığılması artıq adi hala çevrilib. Nyu-York şəhərində isə Yeni il tədbirlərindən sonra küçələrin vəziyyəti daha acınacaqlı idi. Avropanın digər iri şəhərlərində də oxşar mənzərələr müşahidə edildi. Bakı isə bu fonda təmizlik və nizam-intizam nümunəsi kimi seçildi.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










