Bələdiyyə torpaqlarını necə sənədləşdirə və "kupça" ala bilərik? - MÜHÜM AÇIQLAMA

Bələdiyyə torpaqlarının sənədləşdirilməsi uzun illərdir vətəndaşların üzləşdiyi ən problemli hüquqi məsələlərdən biri olaraq qalır. Bir çox hallarda torpaq sahəsi alınsa da, sonradan çıxarışın əldə edilməsi zamanı ciddi çətinliklər yaranır.
Maraqlıdır, bələdiyyə torpaqlarını sənədləşdirmək mümkündürmü?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən hüquqşünas Tağı Hüseynov bildirib ki, əsas problemlər bələdiyyə tərəfindən təqdim edilən sənədlərdəki texniki və hüquqi çatışmazlıqlardan qaynaqlanır.
Onun sözlərinə görə, vətəndaşlar bələdiyyədən torpaq alarkən sənədlərin tam olduğunu düşünsələr də, alqı-satqı müqaviləsində mühüm bir hissə çox vaxt doldurulmamış qalır:
“Adətən müqavilənin aşağı hissəsində Torpaq və Xəritəçəkmə Komitəsinin qərarının təsdiqi ilə bağlı bölmə olur. Həmin hissə boş saxlanılır. Halbuki bu, ən vacib hissələrdən biridir. Bu məlumat olmadığı üçün vətəndaşlar sənədləri Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etdikdə imtina cavabı alırlar və əsas səbəb kimi də məhz bu çatışmazlıq göstərilir”.
Hüquqşünas qeyd edib ki, buna baxmayaraq, belə hallarda çıxış yolu tam bağlanmış hesab edilmir. Onun sözlərinə görə, müəyyən hallarda məhkəmə yolu ilə torpaq sahəsinin sənədləşdirilməsi mümkündür:
“Əgər vətəndaşın bələdiyyədən aldığı torpaq sahəsi varsa və sənədlərində qeyd olunan çatışmazlıq mövcuddursa, lakin həmin ərazidə qonşular eyni qaydada torpaq alıb və artıq çıxarış əldə ediblərsə, bu fakt məhkəmədə əsas kimi göstərilə bilər. Belə hallarda vətəndaş məhkəməyə müraciət edərək hüququnun tanınmasına nail olur”.
Mütəxəssis vətəndaşlara bələdiyyə torpağı alarkən sənədlərin hüquqi ekspertizasını əvvəlcədən aparmağı və xüsusilə təsdiq bölmələrinin doldurulmasına diqqət yetirməyi tövsiyə edir.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












