Belqrad–Bakı marşrutu üzrə birbaşa uçuşlar iqtisadi əlaqələri intensivləşdirəcək - Sahil Babayev

Azərbaycan Serbiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verən etibarlı tərəfdaşdır.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Serbiyanın milli bayramı – Dövlətçilik Günü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.
İkitərəfli əlaqələri dəyərləndirən nazir nəqliyyat və logistika sahəsində, o cümlədən tranzit daşımalar üzrə əməkdaşlığın genişlənməsini də müsbət qiymətləndirib:
"2025-ci ildə tranzit daşımaların həcmi əvvəlki illə müqayisədə artıb. 2026-cı ildən etibarən Belqrad–Bakı marşrutu üzrə birbaşa uçuşların başlanması isə iqtisadi, turizm və humanitar əlaqələrin daha da intensivləşməsinə xidmət edəcək".
O, Azərbaycan-Serbiya əməkdaşlığının inkişafında Hökumətlərarası Birgə Komissiyanın mühüm rol oynadığını da vurğulayıb. Bildirilib ki, 2025-ci ilin oktyabrında Belqradda keçirilmiş Komissiyanın 9-cu iclası ikitərəfli münasibətlər baxımından əhəmiyyətli olub və iclasın yekunlarına dair imzalanmış protokol ticarət və investisiyalar, energetika və sənaye, nəqliyyat-logistika, eləcə də biznes dairələri arasında təmaslar kimi konkret istiqamətləri əhatə edib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












