"Beniz" ləqəbli tiktoker məhkəmənin qərarına əməl etmir - VİDEO

Ötən gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Əliyevin qərarı ilə "Beniz" ləqəbli tiktoker, 1987-ci il təvəllüdlü Aybəniz Xəlilova barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustağlığı qətimkan tədbiri ilə əvəz edilib.
Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, müdafiə tərəfinin Aybəniz Xəlilova barəsində Suraxanı Rayon Məhkəməsinin 23 noyabrda verdiyi 4 aylıq həbs qətimkan tədbiri qərarından verdikləri şikayət təmin edilib.
“Beniz” kimi tanınan tiktoker məhkəmə zalından sərbəst buraxılıb. Qeyd edək ki, “Beniz” sevgili münasibətində olduğu Xalid Kərimovun şikayəti ilə cinayət məsuliyyətinə cəlb edilib.
İttihama görə, xanım tiktoker Xalidi müxtəlif foto və videoları ilə şantaj edərək ondan 836 min manat tələb edib.
Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham elan edilib. Xatırladaq ki, tiktokerə Suraxanı Rayon Məhkəməsi sosial şəbəkələrdə çıxış etmək qadağası qoysada Aybəniz Xəlilova ev dustaqlığına buraxıldıqdan sonra bu qadağaya əməl etməyərək zərərçəkmiş tərəfə qarşı müxtəlif çıxışlar edib.
Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT












