“Benzini birdən-birə 15 qəpik bahalaşdırmaq absurddur” - Vahid Əhmədov
Gündəm
15 Sentyabr 2021 14:31

““Aİ-95” markalı benzinin qiyməti 1.60, “Aİ-98”in satışı isə 1.90 manat olub. “Aİ-98” az işlənsə də, “Aİ-95” çox işlənən yanacaqdır. Tələbatın çox olduğu yanacağın qiymətini birdən-birə 15 qəpik bahalaşdırmaq absurddur. Benzini il ərzində neçə dəfə bahalaşdırmaq olar? Açığı mən artım gözləmirdim, çünki artım hələ bir neçə ay əvvəl olmuşdu”. Bu sözləri modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov benzinin bahalaşmasına münasibət bildirərkən deyib.
Deputat SOCAR-ın benzinin bahalaşması ilə bağlı verdiyi açıqlamadakı izahın anlaşılan olmadığını vurğulayıb: “Hər dəfə də izah edirlər ki, Azərbaycanda istehsal edilmədiyi, xaricdən idxal olunduğu üçün qiymətlər artırılır. Neçə illərdir eyni şablon açıqlama verilir. Azərbaycan neft ölkəsidir. İdxal baha başa gəlirsə, zavod tik, öz ölkəndə istehsal et. Ölkədə ən çox işlənən “Aİ-92” və “Aİ-95” markalı benzinlərdir. Niyə bu vaxta qədər zavod tikib bu benzini özümüz istehsal etmirik ki, qiymətlər də belə yüksək olmasın?! Məntiqlə neft bahalaşır deyə xaricdən idxal ediləni bahalaşdırırlarsa, daxildə istehsal edilən “Aİ-92” markalı benzini də ucuzlaşdırmalıdırlar. Amma bizdə qiymətin aşağı salınması görünməmiş şeydir. Bu gedişlə mən gözləyirəm ki, “Aİ-92”-ni də bahalaşdırsınlar”.
Parlamentari deyib ki, bu bahalaşmanın qarşılığında əmək haqları, pensiya və müavinətlərə yenidən baxılmalıdır: “Siz buna təkcə benzinin bahalaşması kimi baxmayın, bu, ərzaqdan tutmuş qeyri-ərzağa qədər bütün sahələrə təsir edəcək. İnsanların həyat şəraitinə mənfi təsir göstərəcək. Məsələ çox ciddidir. Bu gün mağazadan 5 manata aldığın məhsul gələn həftə 5 manatdan baha olur. Bahalaşma sürətlə gedir, insanların vəziyyəti pisdir. Parlamentdə bu məsələlərə mütləq toxunacağıq”.
“Neft qiymətləri yüksəkdir, Azərbaycana daxil olan valyutanın həcmi kifayət qədərdir, pul dövriyyəsində çətinliyimiz yoxdur, manatın məzənnəsi stabildir. Bu bahalaşmaya nə ehtiyac vardı?!”, - deyə V.Əhmədov əlavə edib.
Oxunub : 2778
DİGƏR XƏBƏRLƏR
9 Oktyabr 2026 22:06
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
9 Oktyabr 2026 21:30
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
9 Oktyabr 2026 20:17
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
9 Oktyabr 2026 17:46
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
9 Oktyabr 2026 17:35
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
9 Oktyabr 2026 16:41
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
9 Oktyabr 2026 15:48
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
9 Oktyabr 2026 13:00
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
9 Oktyabr 2026 11:00
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
9 Oktyabr 2026 10:34
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
9 Oktyabr 2026 10:00
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
9 Oktyabr 2026 08:38
Bu yollarda tıxac var - SİYAHI
ŞƏRH YAZ












