“Bəsit, bayağı, şit aparıcılar...” - Qulu Məhərrəmli

Yerli telekanallarda yayımlanan verilişlərlə bağlı müzakirələr son bir ildə daha çox gündəmə gəldi. Daim tənqidlər, etirazlar bildirildi, hətta telekanal rəhbərləri Prezident Adminstrasiyasına çağrılaraq xəbərdarlıq edildi. Hamı düşünürdü ki, artıq sezon sonudur, yeni sezondan dəyişikliklər baş verəcək. Lakin vəziyyətin belə olduğunu görmədik, yeni sezonda kanallarda yenə eyni aparıcılar və eyni tip verilişlər fəaliyyətini davam etdirir.
Bəs görəsən, gözlənilən dəyişiklik niyə edilmədi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağl Yenisabah.az-a danışan Bakı Dövlət Universitetinin professoru, jurnalist Qulu Məhərrəmli bildirib ki, televiziya verilişlərinin zövq oxşaması, tamaşaçıları razı salması hazırda ən ciddi problemlərdən biridir:
“Zaman-zaman ekranda yeni layihələr, yeni verilişlər maraqlı proqramlar və aparıcılar görürük. Əlbəttə hər şey zövq etibarilə yüksək olanda tamaşaçıları qane edir. Amma iş elə gətirib ki, bizdə son bir neçə ildə sözün pis mənasında həm sabit aparıcılar, həm də narazılıq doğuran proqramlar ekranda geniş yer tutur. Bu, həm televiziyaların proqram siyasəti ilə həm də televiziyaların maliyyə proqramlarının həlli ilə bağlıdır. Xüsusən də özəl televiziyalar daha çox gəlir gətirən, reklam gətirən, sponsoru cəlb edən verilişlərə üstünlük verirlər. Bu prosesdə sərhədlərin aşması, yəni həddindən çox maliyyə bağlılığı, onun üçün iş qurmaq tamaşılarla televiziyanın arasında müəyyən bir “çat” yaradır və həmin çat çox böyük narazılıqlara səbəb olur”.
Qulu Məhərrəmlinin sözlərinə görə, yerli telekanallarda yayımlanan proqramların keyfiyyətini artırmaq üçün mütləq bu işə peşəkarlar cəlb olunmalıdır:
“Veriliş zövq oxşamayanda, bəsit, bayağı, şit aparıcılar olanda isə təbii ki tamaşaçı öz narazılığını həmişə ifadə edəcək. Bəs necə etmək olar ki yaxşı verilişlər olsun? Bunun üzərində artıq televiziyanın yaradıcı heyəti işləməlidir, kənar müəlliflər cəlb olunmalıdır. Yaxşı ssenaristlər, prodüserlər, layihə yaza bilən, televiziyanı geniş miqyasda görə bilən müəlliflər və rejissorlar cəlb olunmalıdır. Bunlar da nəticə etibarilə gəlib pula bağlanır. Pul bu məsələdə ciddi rol oynayır. Amma bunu əsas götürüb tamaşaçıları narazı salan verilişləri ekranda saxlamaq da doğru deyil. Bu elə məsələdir ki, inzibati yolla həll olunmur. Daha çox kreativ, yaradıcı üsullarla verilişləri yaxşılaşdırmaq mümkündür və bunu etmək vacibdir”.
Doqquz ildir istifadəyə verilən körpü niyə işıqlandırılmır? - VİDEO
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq
Bu yollarda duman olacaq - Sürücülərin nəzərinə!
Səidin küsmə dərsi bizə nəyi öyrədir? - Elşad Hacıyevdən AÇIQLAMA
"Bakıda tramvaylara ehtiyac var" - EKSPERT
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO
Bakı-Sumqayıt yolunda hər gün tıxacda qalanları SEVİNDİRƏCƏK XƏBƏR
Taksi qiymətləri kəskin artacaq: 50 manat cərimə, ərazi qadağaları...
Bu icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
Bakı və ətraf ərazilərdə nəqliyyatın inkişafına strateji baxış











