Bilgəhdə daha bir çimərlik bağlanır? - VİDEO

Bakının Sabunçu rayonu, Bilgəh qəsəbəsində daha bir ictimai çimərliyə giriş bağlanıb.
Avtosfer.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bununla bağlı vəkil Aslan İsmayılov sosial şəbəkə hesabında video paylaşıb. O iddia edib ki, Xəzər dənizinin açıq qalan sonuncu çimərliklərindən birini - Bilgəh, Kardioloji Sanatoriyasının çimərliyini insanların üzünə bağlayırlar. Görüntülərdən də aydın olur ki, çimərlikdə təmir gedir, ərazidə ekskavatorlar qazıntı işləri aparırlar.
Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüqar Əsədov isə “Qafqazinfo”ya məsələ ilə bağlı bunları deyib: “Mən dünən orada olmuşam. Yayılan videoda da ərazidə traktorların işlədiyi görünür. Bəli, orada təmir işləri aparılır, çimərlik düzəldilir ki, camaat daha yaxşı istirahət edə bilsin. Çimərliyin bağlanacağından söhbət gedə bilməz”.
Xatırladaq ki, təxminən iki həftə əvvəl Bilgəh qəsəbəsində “Daçnik” adı ilə tanınan çimərliyə giriş bağlanmışdı. Bilgəh qəsəbə nümayəndəliyindən isə çimərliyin bağlanmasını həmin ərazidə yaşayan vətəndaşların təhlükəsizliyinin təmin edilməsi ilə əlaqələndirmişdilər.
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












