“Bilinmir ki, nəzir qutularına atılan pullar hara gedir...”

“Azərbaycanda nəzir qutuları məsələsi hər zaman aktualdır. Çünki xurafatın, mövhumatın geniş yayıldığı bir ölkədə yaşayırıq. İnsanların hər hansı bir şəkildə Haqverdiyevin, Mirzə Cəlilin, Sabirin əsərlərini oxuyub cəhaləti bir kənara qoymasını, mükəmməl bir insana çevrilməsini gözləyə bilmərik. “Ölülər”dəki, “Hekayəti Molla İbrahim Xəlil kimyagər”dəki personajlar günümüzdə də minlərlədir”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında VI çağırış Milli Məclisinin deputatı Fazil Mustafa deyib.

Ziyarətgahlarda və pirlərdə vəsait yığılması məsələsinə də toxunan Fazil Mustafa pul yığılması üçün qoyulan nəzir qutularına nəzarətin mümkünsüz olduğunu hesab edir:
“Bu məsələdə heç nəzir qutularının dalınca düşmək olmaz, avam insanların ödədiyi pullardır, heç bilinmir ki, o pullar hara gedir. Fikirləşməyin də mənası yoxdur, buna nəzarət də real iş deyil. Bu pulların hara xərclənməsi doğru olar?
Həmin yerlərin təmir-bərpasına xərclənəcəksə, yenə də onların fəaliyyətinə təkan vermiş olacaq, cəmiyyətə bir faydası olmayacaq. İnsanlar özləri maariflənməlidirlər, xurafatdan əl çəkməlidirlər. Nəzir qutularına pul salmaq əvəzinə, pirlərə xərclənən pulları cəmiyyətə faydası dəyən işlərə xərcləmək daha məntiqli olardı”.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












