Bonus kartları ilə bağlı XƏBƏRDARLIQ – Məlumatlarınız oğurlana bilər

Onlayn və nağdsız alış-veriş qayğılarımızı bir qədər azaltsa da, heç də ən ideal seçim deyil. Çünki internet üzərindən aparılan istənilən əməliyyat zaman biz özümüz haqqında bəzi məlumatları bəyan etmiş oluruq. Hətta mağazalara özəl bonus kartları belə bizim üçün müəyyən risklər yaradır. Söhbət bizlərin şəxsi məlumatlarından gedir.
Məsələn, mağazalardan endirim kartlarını kassada qeydiyyatdan keçirərkən təqdim olunan məlumatlar bir insanın harada yaşadığını və işlədiyini, dostlarının kim olduğunu, nə ilə maraqlandığını və s. öyrənmək olar.
Bir sözlə bonus kartları vasitəsi ilə hətta gizli müəssisələrin işçiləri haqqında məlumat əldə etmək olur.
Bu məlumatlar isə əleyhimizə istifadə oluna bilər.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı fikirlərini "Bizim.Media" ilə bölüşən İT mütəxəssisi Elvin Abbasov bildirib ki, təkcə bonus kartlarında deyil, internet üzərindən apardığımız istənilən əməliyyatlar zamanı bizim haqqımızda məlumat toplanılır:
“Bu çox böyük bir sistemdir. Əldə edilən informasiyalar hesabına "Google" kimi nəhəng platformalarda rəqəmsal əkizlərimizin, psixoloji profilimizin yaradılmasına imkan verir. Bu da gələcəyimiz üçün müəyyən problemlər yaradır. Amma nəzərə alaq ki, bu gün internet, onlayn əməliyyatlar həyatımızın bir parçasıdır. Bundan imtina edə bilmərik. Çünki internet üzərindən göstərilən xidmətlərin bəlli üstünlükləri var.
Bununla belə, göstərilən xidmətlər zamanı bizim özümüz haqqında verdiyimiz məlumatlar nə vaxtsa əleyhimizə işləyə bilər. Biz nə qədər də istəsək ki, internet üzərindən aparılan əməliyyatlar yalnız öz maraqlarımıza xidmət etsin, bu mümkün deyil. İstər-istəməz biz kimlər üçünsə obyekt oluruq. Məsələn, biz internetdə hansı səhifələrə daha çox baxırıqsa, süni intelekt çox asanlıqla bizim hobbimiz, maraq dünyamız barədə məlumat formalaşdıra bilir. Sonradan bizə maraqlandığımız sahələrlə bağlı çoxsaylı təkliflər gəlir. Bunun da müəyyən üstünlükləri var”.
Müsahibimiz qeyd edib ki, problemdən qaçmaq üçün feyk profillər yardıla, keşlər təmizlənə bilər:
“Amma bu problemdən tamamilə qaçmağa imkan verməyəcək. Çünki bütün hallarda biz internetdə öz izlərimizi buraxırıq. Bu izləri təkcə bonus kartlarında deyil, bank kartlarında və onlayn həyata keçirdiyimiz bütün əməliyyatlarda qoyuruq. Bu məsələdə ən böyük risk elektron hökumət portallarındadır. Bununla belə onlayn əməliyyatlar günün tələbidir. Eyni zamanda bu risklər hamı və hər kəs üçün var. Ona görə də ciddi narahatlığa əsas yoxdur”.
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Avropada aviadaşımalarla bağlı yeni qaydalar bahalaşmaya səbəb ola bilər
Çuxurlarla dolu bu küçə sürücülərə həm ziyan vurur, həm təhlükə yaradır - VİDEO
Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?










