Borc pulla qurban kəsmək olarmı? - AÇIQLAMA

"Qurbanı imkanı olan şəxslər kəsməlidir”. Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov "kredit kartı ilə qurban almaq olarmı” sualını cavablayarkən deyib.
Ekspertin sözlərinə görə, kəsilən qurban əsasən imkansız şəxslərə paylanmalıdır:
"Nəinki faizlə, sələmlə, ümumiyyətlə, qurbanı borcla kəsmək düzgün deyil. Dini cəhətdən kiminsə üzərində belə bir öhdəlik yoxdur. Qurban kəsmək imkanı olanların üzərində olan öhdəlikdir. İslama görə, faizə pul götürüb qurban kəsmək bəyənilməyən əməldir. Borcla qurban kəsmək düzgün deyil”.
Əkrəm Həsənov məsələyə münasibətinin mənfi olduğunu deyib:
"Sən onu ödəyə bilməsən və üzərinə faiz gəlsə, vacibdir bunu edəsən? Bu daha çox "qonşudan geri qalma” prinsipinə söykənir. Qurban da belədir. Qonşu kəsir, mən də kəsməliyəm. İmkanın yoxdursa kəsmə. Kreditlə heç qurban kəsmə”.
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA












