Borca görə bankların "qara siyahı"sından necə çıxmaq olar? - VİDEO

Vətəndaş kredit götürmək üçün rəsmi iş yerinin, stabil əməkhaqqının olmasına və bütün lazımi sənədləri təqdim etməsinə baxmayaraq, bank kredit verməkdən imtina edir. Buna səbəb isə həmin vətəndaşın kredit tarixçəsinə görə bankın "qara siyahısı"na daxil edilməsidir.
Maraqlıdır, kredit borcuna görə bankların "qara siyahısı"ndan necə çıxmaq olar?
Bununla bağlı hüquqşünas Anar Ramazanov bildirib ki, tək bankdan götürülmüş kreditin yox, bəzi ticarət mərkəzlərində borc müqaviləsi ilə alınan əşyalara görə ödənişlərin gecikdirilməsi də vətəndaşın kredit tarixçəsinə təsir göstərə bilər. A.Ramazanovun sözlərinə görə, əgər vətəndaş qrafikdə göstərilən vaxtda ödənişini etməsə, hətta bir gün belə yubansa, onun adına müəyyən gecikmə düşür. Bu gecikmələrin sayı artdıqca vətəndaşa ya kredit verilmir, ya da çox az məbləğdə kredit verilir.
"Vətəndaşın evi varsa, maliyyə imkanları yaxşıdırsa, onun "qara siyahı"dan çıxarılması və maliyyə qurumu qarşısında etibarın artırılması üçün ona kiçik məbləğdə kredit verilir və vətəndaş krediti 6-12 ay ərzində gecikdirmə olmadan ödəyib öz kredit tarixçəsini düzəldə bilir".
Məsələ ilə bağlı Azərbaycan Banklar Assosiasiyasından bildirilib ki, cəmiyyətdə bankların "qara siyahısı" deyilən mərkəzləşdirilmiş, adların daimi saxlandığı bir reyestr mövcud deyil.
Sadəcə, gecikmə günlərinin əks olunduğu məlumat bazası mövcuddur və vətəndaş banka müraciət edən zaman bank risk yanaşmasına və kredit siyasətinə uyğun olaraq, onun gecikmə günlərinin ümumi müddətini nəzərə alaraq, müvafiq seqmentasiya həyata keçirərək qərar verir.
Ətraflı videomaterialda:
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO
Liderlər və birinci xanımlar birgə foto çəkdiriblər - VİDEO
Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı paylaşım edib - VİDEO
Hikmət Hacıyev: “İki dilin kombinasiyasında danışmağa çalışırıq” - VİDEO
İlham Əliyev və Mehriban Əliyeva Daşkənddə Heydər Əliyevin memorialını ziyarət ediblər - YENİLƏNİB
Hikmət Hacıyevə Özbəkistan səfərində özəl hədiyyə - FOTO
İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
Prezident İlham Əliyevin səfəri Özbəkistan mediasının diqqət mərkəzində - VİDEO
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO










