Böyük zəlzələ ola bilər, Allah köməyiniz olsun — Məşhur seysmoloq

Azərbaycanda ard-arda zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, Şamaxı rayonunda yerli vaxtla saat 15:52-də 4.7 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib. Yeraltı təkan episentrdə 5, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub. Daha sonra Şamaxıda ikinci zəlzələ qeydə alınıb. Bildirilib ki, yerli vaxtla saat 16:05-də 3.3 maqnitudalı daha bir zəlzələ baş verib. Zəlzələ ocağının dərinliyi 10 kilometrdir.
Avtosfer.az-ın məlumatına görə, Seysmoloq Prof. Dr. Naci Görür Demokrat.az-a açıqlamasında deyib ki, hər hansı bir şeyi dəqiq söyləmək, proqnoz vermək mümkün deyil:
“Xüsusilə zaman baxımından bunu bilmək mümkün deyil. Bu, tektonik lövhələrin hərəkətləri ilə əlaqəli hadisədir.
Bizdə bəzən 5 min, 10 min, 20 min zəlzələ baş verir. 4 baldan kiçik zəlzələlərin sayı bəzən on minləri, minləri keçir. Ona baxıb "burada zəlzələ çox olur, sonra böyük zəlzələ olacaq" demək mümkün deyil. Bunun üçün geofiziki araşdırmalar aparmaq lazımdır. Məsələn, hansı fayın keçdiyini araşdırmaq, sürtünmə olan yerdə yığılan gərginliyi ölçmək və qiymətləndirmək lazımdır. Sadə dillə desək, elmi araşdırma olmadan "üç gün sonra zəlzələ olacaq, beş gün sonra olacaq-olmayacaq" kimi fikirlər doğru deyil.
Bu, elmi baxımdan əsaslı deyil. Bəzi kiçik zəlzələlər də olur və çox sayda baş verə bilər. Daha böyük zəlzələdən sonra artçı zəlzələlər də baş verə bilər. Bəzən isə kiçik zəlzələlər böyük zəlzələdən əvvəl baş verə bilər. Amma onlara baxaraq böyük zəlzələnin gələcəyini proqnozlaşdırmaq çətin olur. Buna baxaraq konkret bir zaman söyləmək mümkün deyil. Ona görə də, böyük zəlzələ ola da bilər, olmaya da bilər. Allah köməyiniz olsun”.
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO
“Müstəqil Nəqliyyatçılar” təşkilatı piyada təhlükəsizliyi ilə bağlı ictimai müzakirə keçirib - VİDEO
Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ
Ekspert yol hərəkəti təhlükəsizliyi sahəsindəki problemləri sadaladı
Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ










