Britaniya səfiri: “Bu gün Bakı şəhərinin küçələri öz təmizliyi ilə seçilir" - FOTO

“Artıq üç ildir ki, Bakı Şəhəri İcra Hakimiyyəti Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə birgə paytaxtımızda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunmasının müasir səviyyədə təşkili ilə bağlı layihəni uğurla həyata keçirir”. Bunu Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgün Həbibullayev bildirib. Onun sözlərinə görə, əvvəlcə pilot layihə kimi Nərimanov rayonunda başlanan layihə daha sonra mərhələli şəkildə daha 3 paytaxt rayonunda – Nizami, Nəsimi və Yasamal rayonlarını da əhatə edib. Sakinlərlə aparılan təbliğat və maarifləndirmə işləri nəticəsində layihənin tətbiq edildiyi 4 rayonda müsbət nəticələr əldə edilib. Əldə edilən nailiyyətlər paytaxtın digər rayonlarının da mərhələli şəkildə bu layihəyə qoşulmasına imkanlar yaradır. Qeyd ounmalıdır ki, ilk günlərdən layihənin icrası Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.
Bundan əlavə, “Mott MacDonald” şirkətinin rəhbərliyi və nümayəndələri xüsusi yaradılmış BŞİH-nin bərk məişət tullantılarının idarə edilməsi üzrə Monitorinq Mərkəzində tullantıların kompozisiya tərkibinin və çeşidləmə səviyyəsinin yoxlanılmasına nəzarət edirlər.
Bu gün Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Monitorinq Mərkəzinə gələrək birgə layihənin həyata keçirilməsi ilə bağlı görülən işlərlə yaxından tanış olub. Səfirə layihənin tətbiqi və qazanılan uğurlar barədə ətraflı məlumat verilib.
Tanışlıqdan sonra səfir Ceyms Şarp bildirib ki, “Bu gün Bakı şəhərinin küçələri təmizliyi ilə seçilir. Bakı Şəhəri İcra Hakimiyyətinin Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə həyata keçirdiyi tullantıların idarə edilməsi layihəsinin uğurlu icrasını görməkdən çox məmnunam. Tullantıların idarə edilməsi və təkrar emalı iqlim dəyişiklikləri ilə mübarizə üçün olduqca önəmlidir və mən hər kəsi bu prosesdə iştirak etməyə çağırıram”.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA

















