"Bu, bir ailənin haqqına girmək hesab edilə bilər" - BakuBus"

Avtobusdakı panduslar uşaq arabaları üçün nəzərdə tutulmayıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Bakubus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. Onun sözlərinə görə, "BakuBus" avtobusuna araba ilə minmək istəyən qadın üçün sürücünün pandusu açmadığı ilə bağlı şikayət araşdırıldıqda tamam başqa şey ortaya çıxıb: "İnboxuna sürücünün fiziki qüsurlu vətəndaşı avtobusa mindirməkdən imtina etməsi ilə bağlı şikayət daxil olan kimi dərhal bütün heyət olaraq reaksiya verdik. Sürücünün həmin vaxt kəsiyində kamera görüntüləri izləndi. Araşdırıldı və nəticədə məlum oldu ki, sürücü ictimai nəqliyyat vasitəsinə uşaq arabası ilə minmək istəyən bir xanım sərnişin üçün pandusları endirməyib və həmin xanıma avtobusa minmək üçün şəxsən özü düşərək kömək edib. Bizə şikayət ünvanlayan digər sərnişin isə sürücüyə pandusu açmağına görə etirazını bildirib".
"BakuBus"ın sözçüsü şikayətçilərə bir az diqqətli olmalarını tövsiyə edib. Çünki bu şikayət təkcə bir sürücünün yox, onun ailəsinin də həyatına mənfi təsir edə bilər: "Dəyərli sərnişinlər, avtobusdakı panduslar uşaq arabaları üçün deyil, əlil arabaları üçün nəzərdə tutulub. Ancaq məsələ bunda deyil. Məsələ "fiziki qüsurlular üçün nəzərdə tutulan araba üçün pandus endirilmədi" deyə şikayət yazmaq bir sürücünün, dolayısı ilə bir ailənin də haqqına girmək hesab edilə bilər. Gəlin qayda pozuntusu varsa, onu olduğu kimi qeyd edək. Onsuz da, məlumatlar tərəfimizdən mütləq avtobusdakı kameraların qeydə aldığı görüntülər araşdırıldıqdan sonra dəyərləndirilir. Gəlin yüzlərlə sərnişinə xidmət göstərən bir işçinin motivasiyasına mənfi təsir göstərməyək. Bir-birimizə qarşı səbrli olsaq, bu, şəhərin tayı bərabəri olmayacaq!"
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












