Bu cərimələrdən toplanan vəsaitdən istifadə qaydası təsdiqlənib

Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin Xidmətin hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilib.
Avtosfer.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, büdcədənkənar vəsaitin Xidmətin aparatı, strukturuna daxil olan və tabeliyində olan qurumları arasında bölgüsü Xidmətin müvafiq əmri ilə rəsmiləşdirilir. Büdcədənkənar vəsait hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına mütənasib əlavələrin verilməsi üzrə xərclənir. Hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşına əlavənin məbləği onların aylıq vəzifə (tarif) maaşından çox olmamalıdır. Aylıq vəzifə (tarif) maaşına əlavənin ödənilməsi ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayın 20-dək, dekabr ayı üçün isə həmin ayın 25-i (dekabrın 25-i qeyri-iş gününə düşdükdə növbəti iş günü) həyata keçirilir.
Aylıq vəzifə (tarif) maaşına əlavə aşağıdakı günlər üçün hesablanmır:
- sərəncamda olduğu və əmək qabiliyyətini müvəqqəti itirdiyi günlər;
- növbəti məzuniyyət istisna olmaqla “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 114-cü maddəsində nəzərdə tutulmuş digər məzuniyyətdə olduğu günlər;
- hərbi qulluqçu intizam cəzası aldığı gündən intizam cəzası götürülənədək.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












