Bu evlər hər an uçmaq təhlükəsi ilə üz-üzədir - VİDEO

Qaraçuxur qəsəbəsində bina tikintisi zamanı fərdi yaşayış evlərinə ziyan dəyib. Ortaq divar uçub, bir yaşayış evi üçün isə ciddi təhlükə yaranıb. Sakinlər yaranan vəziyyətdən narahatdırlar. Ərazidə tikinti aparan şirkətin rəsmisi isə bildirir ki, dəyən ziyan qarşılanacaq, uçan divar bərpa ediləcək.
Avtosfer.az Xəzər TV-yə istinadən bildirir ki, bina tikintisi zamanı yaxınlıqda olan həyət evlərinə ziyan dəyib. Bura Suraxanı rayonu, Qaraçuxur qəsəbəsidir. Əhməd Mehbalıyev küçəsində "Nord Konstrakşın" MMC tərəfindən hündürmərtəbəli binanın tikintisi zamanı ortaq divar uçub.
Sakinlər həmçinin bildirirlər ki, təkcə bu bina deyil, ərazidə inşa edilən digər binanın da tikintisi zamanı evlərinə ziyan dəyib.
Məsələ ilə bağlı əraziyə tikinti işlərinə nəzarət edən şəxs gəldi. Süleyman Əhmədov adlı şəxs bildirdi ki, tikinti işlərinin aparılması üçün aidiyyatı qurumların hamısından icazə alınıb. O həmçinin əlavə etdi ki, tikinti işləri zamanı fərdi yaşayış evlərinə dəyən ziyanın hamısı qarşılanacaq
Qeyd edək ki, ərazidə 1 girişli, 10 mərtəbəli yaşayış binasının inşası nəzərdə tutulur.
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH











