Bu gündən Azərbaycanda xüsusi karantin rejimi yumşaldılır - SİYAHI

Bu gündən Azərbaycanda xüsusi karantin rejimi yumşaldılır.
Bu gündən bir sıra yumşaldılma tədbirinin görülməsinə qərar verilib.
Bunlar aşağıdakılardır:
- Bu gün 06.00-dan etibarən açıq havada maskasız gəzməyə icazə verilir;
- Metro açılır, lakin metrostansiya və qatarlarda tibbi maskadan istifadə zəruridir;
- Bölgələrarası ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir;
10 iyundan isə aşağıdakı yumşalmalar olacaq:
ibadət yerləri açılır;
- İri ticarət mərkəzləri açılır;
- Çimərliklər açılır, ötənilki qaydalarla tənzimlənəcək;
- İdman zallarının fəaliyyəti bərpa edilir, lakin COVİD pasportu olan, yəni vaksinasiyadan keçmiş şəxslər üçün.
- Azərbaycanda COVİD pasportu tətbiq olunacaq.
İki doza vurulanlara vaksin sertifikatı veriləcək. İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu, xəstələnib sağalanlara veriləcək. Bu iki sertifikatın hər ikisi COVİD pasportu adlanacaq. Bunların hər hansı birinə malik olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər. Gələcəkdə bu yanaşmanın toylara tətbiqi nəzərdə tutulur. Konsert, teatr və şənlik xidmətlərindən istifadə etmək istəyənlərə də COVİD pasportu tətbiq olunacaq./trend
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Qəza törədən sürücü hansı halda cinayət məsuliyyətindən azad edilə bilər? - HÜQUQŞÜNAS
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












