Bu halda sürücülük vəsiqəsi yol polisi tərəfindən ləğv ediləcək

Dövlət Dumasının Səhiyyənin Mühafizəsi Komitəsinin rəhbəri Sergey Leonovun sözlərinə görə, hazırda real vaxt rejimində monitorinq sistemi yaradılır. Avtosfer.az "Konkret.az"a istinadən xəbər verir ki, tibbi məlumat bazaları Daxili İşlər Nazirliyinin (DİN) bazaları ilə inteqrasiya ediləcək. Hazırda artıq qanunvericilik tədbirləri qəbul edilib: insana avtomobil idarə etməyi qadağan edən tibbi əks göstərişlər aşkar olunduğu andan məlumat DİN-ə ötürüləcək. Bu zaman diaqnoz açıqlanmayacaq, yalnız sürücülük hüququnun geri alınmasına dair tibbi göstərişin mövcudluğu qeydə alınacaq. Bundan sonra sürücülük vəsiqəsi Yol Polisi tərəfindən ləğv ediləcək. Yeni qanun 2027-ci il martın 1-dən qüvvəyə minəcək. Həmin vaxta qədər tibbi əks göstərişləri aşkar edilmiş sürücü vəsiqəsinin müddəti bitənədək — yəni 10 ilədək — avtomobil idarə edə biləcək.
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi












