Bu idarələr ləğv edilir - Nazir qərar verdi

Maliyyə naziri Sahil Babayev tərəfindən imzalanan son qərara əsasən Dövlət Xəzinədarlıq Agentliyinin (DXA) regional idarələri ləğv ediləcək və fəaliyyət mərkəzləşdirilmiş, daha çevik idarəetmə modeli çərçivəsində davam etdiriləcək. Nazirlik rəsmisi Mayis Piriyev bildirib ki, bu islahat dövlət maliyyəsinin idarə olunmasında rəqəmsallaşmanın genişləndirilməsi, büdcə vəsaitlərinin ünvanlı və səmərəli istifadəsinin təmin edilməsi məqsədini güdür. Yenidən təşkil olunan strukturlarda isə əməkdaşların hüquq və əmək münasibətləri normativ hüquqi aktlara uyğun tənzimlənəcək.
DXA-nin regional idarələrinin ləğvi və mərkəzləşdirilməsi dövlət büdcəsinin idarə olunmasında səmərəliliyi necə artıracaq? Bu dəyişikliklərin işçilərə təsiri hansı şəkildə qiymətləndirilə bilər?
Avtosfer.az bildirir ki, Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, Dövlət Xəzinədarlıq Agentliyində regional idarələrin ləğv edilərək mərkəzləşdirilmiş modelə keçilməsi dövlət maliyyə idarəçiliyinin struktur və texnoloji modernləşdirilməsi istiqamətində atılmış mühüm addımdır:
“Bu qərar fiskal idarəetmənin daha çevik, operativ və rəqəmsal əsasda qurulmasına xidmət edir. Səmərəlilik baxımından mərkəzləşdirmə idarəetmə proseslərinin sürətləndirilməsinə, vahid qərarvermə mexanizminin formalaşmasına və büdcə əməliyyatlarının vahid platforma üzərindən icrasına imkan yaradacaq. Bu istiqamətdə qərarvermə zəncirinin qısaldılması, təkrar prosedurların aradan qaldırılması və proseslərin vahid mərkəzdən idarə olunması nəticə etibarilə vəsaitlərin hərəkətinin daha şəffaf izlənilməsini və operativ müdaxilə imkanlarının genişlənməsini təmin edəcək”.
İqtisadçının fikrincə, ikinci mühüm istiqamət rəqəmsallaşdırmanın real və sistemli tətbiqidir: “Mərkəzləşdirmə, adətən, elektron xəzinədarlıq sistemlərinin geniş tətbiqi ilə müşayiət olunur. Bu isə kağız sənəd dövriyyəsinin minimuma endirilməsinə, insan faktorundan qaynaqlanan risklərin azalmasına, eləcə də audit və monitorinq imkanlarının genişlənməsinə şərait yaradır. Digər tərəfdən isə struktur dəyişikliyi xərclərin optimallaşdırılmasına və idarəetmə xərclərinin azaldılmasına xidmət edir. Resursların daha məqsədyönlü istifadəsi büdcə vəsaitlərinin səmərəliliyini artırır və maliyyə intizamını gücləndirir”.
Eyyub Kərimli deyib ki, bu tip struktur islahatları, eyni zamanda, kadr siyasətində müəyyən dəyişiklikləri zəruri edir:
“Əməkdaşların yenidən ixtisaslaşması, onların digər struktur bölmələrdə yerləşdirilməsi və rəqəmsal bacarıqlarının artırılması aktuallaşır. Bu yanaşma yeni kadr modelinin formalaşmasına və əməkdaşların sosial təminat mexanizmlərinin qorunmasına da müsbət təsir göstərə bilər”.
Coratda bir neçə çala asfaltla dolduruldu; sakinlər narazıdır - FOTO
“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir – AÇIQLAMA - VİDEO
Sərnişinlərə qatarla alternativ yollar təklif edildi - FOTO
“Ulduz” metrosu ətrafında yeni yol: Piyada bağlantısı necə olacaq? – AÇIQLAMA
Azərbaycanda 8 ay ərzində neçə minik avtomobili istehsal edilib? – Rəsmi STATİSTİKA
Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI
Dehlidə keçirilən BRİCS iclasında nələr müzakirə edilib? - POLİTOLOQ
Prezident İlham Əliyev sükan arxasına keçib - VİDEO
Bakıda bəzi küçələrdə tətbiq ediləcək “yaşıl dalğa” sistemi tıxacı azaldacaq? - DEPUTAT
Avtobusların sayı artır, problem həll olunmur – Səbəb nədir?
Bakının nəqliyyatında yük niyə iki sistemin üzərindədir? – EKSPERT










