Bu il maaş və pensiyalar nə qədər artırılacaq? - AÇIQLAMA

"Sosial istiqamətdə bir sıra artımlar qanunvericiliklə tənzimlənir. "Əmək pensiyaları haqqında" qanuna əsasən, 2026-cı ildən etibarən əmək pensiyalarının əvvəlki ildə orta aylıq əməkhaqqındakı artım faizinin indeksləşdirilərək artırılması nəzərdə tutulub".
Avtosfer.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu ondan xəbər verir ki, bu il əmək pensiyaları orta hesabla 9,2% indeksləşdirilərək artırılacaq:
"Artım bütün növ əmək pensiyalarını əhatə edəcək. Belə ki, yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərində artımlar olacaq. Təxminən 1 milyon 100 mindən artıq vətəndaşımızın pensiya məbləğlərində artımların olacağı gözlənilir. Eyni zamanda ehtiyac meyarının artırılması nəticəsində ünvanlı sosial yardımın məbləği artacaq. Ünvanlı sosial yardımın məbləğində artımların olacağı gözlənilir. Bu, yeni ünvanlı sosial yardım alacaq vətəndaşlarımıza şamil olunacaq".
Deputat bildirib ki, maaşlardakı artımlar birbaşa sərəncamlarla tənzimlənir:
"2025-ci ildə minimum əməkhaqqının artırılaraq 400 manata çatdırılması baş verdi. Eyni zamanda bir sıra sektorlarda əməkhaqqı artımları oldu. Nazirlər Kabineti tərəfindən vəzifə maaşlarının uyğunlaşdırılması ilə bağlı əməkhaqqılarının artırılması reallaşdı. O baxımdan 2026-cı ildə də sosial istiqamətdə baş verən dəyişikliklərlə bağlı izahatlar təqdim olunacaq. Bütövlükdə dövlət büdcəsindən sosial istiqamətə 17,1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da büdcə xərclərinin 41 faizindən çoxdur. 2026-c ildə sosial təminat tədbirləri prioritet olaraq qalmaqdadır".
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












