Bu istiqamətdə 101 ölkə arasında 5-ci yerdəyik

“Dünya Bankının “Business Ready – B-READY 2025” hesabatının hazırlanma metodologiyası ölkələrin inkişafını 10 mühüm mövzu üzrə 3 istiqamətdə maksimal 33,33 balla qiymətləndirir. Həmin mövzulardan biri də kommunal xidmətlərlə bağlıdır”.
Bu barədə Avtosfer.az-a “Aztelekom”dan məlumat verilib.
Bildirilib ki, ölkəmizin 31,05 balla 101 ölkə arasında 5-ci yerdə qərarlaşdığı “Əməliyyat effektivliyi” istiqaməti aşağıdakı 3 faktor üzrə qiymətləndirilib:
“Əlçatanlıq – ərazidə fəaliyyət göstərən internet provayderinin biznes müştəriləri üçün təqdim etdiyi internet xidmətlərinin əlçatanlığı, qiymət uyğunluğu və keyfiyyəti, müxtəlif internet xidmətlərinin ayrılıqda və ya paket şəklində təklif edilməsi.
Texniki xidmət – texniki xidmət tezliyi, sorğudan sonra yeni müştərinin aktivləşmə müddəti, elektrik kəsintiləri istisna olmaqla il ərzində internet kəsintiləri və ya sürət zəifləmələrinin başvermə aralığı və ümumiyyətlə etibarlılığı.
Maliyyə uyğunluğu – həmçinin sözügedən göstəricilərin təsərrüfatlar üçün maliyyə baxımından əlverişli olması.
Bu göstəricilərdə ölkəmizin yüksək nəticə göstərməsi son illər həyata keçirilən sistemli və məqsədyönlü islahatların nəticəsidir”.
Xatırladaq ki, 2021 – 2025-ci illəri əhatə edən və AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC-nin əsas operatorlarından biri kimi çıxış etdiyi “Onlayn Azərbaycan” meqalayihəsi çərçivəsində ölkə üzrə telekommunikasiya infrastrukturunun yenilənməsi və dayanıqlı internet xidmətlərinin genişləndirilməsi sözügedən göstəriciyə birbaşa təsir edib.
Sözügedən layihə müddətində ölkədə sabit genişzolaqlı, yüksəksürətli internetə çıxış imkanı yaradılmış təsərrüfatların sayı 13 dəfə artaraq təxminən 3 milyona çatıb, nəticədə ölkənin sabit genişzolaqlı internetlə əhatəsi tam təmin edilib.
Görülən işlər nəticəsində internet xidmətlərinin keyfiyyəti və etibarlılığı artıb, əməliyyat prosesləri sadələşib və istifadəçilər üçün xidmətlər daha əlçatan olub.
Qeyd edək ki, rəqəmsal infrastrukturun gücləndirilməsi yalnız vətəndaşlar üçün deyil, eyni zamanda biznes mühiti, sahibkarlıq fəaliyyəti və investisiya cəlbediciliyinin artırılması baxımından da mühüm əhəmiyyət daşıyır. “Aztelekom” MMC bu istiqamətdə dövlətin rəqəmsallaşma strategiyasına uyğun olaraq fəaliyyətini davam etdirir.
Xatırladaq ki, layihənin HBR Türkiyə və Filip Kotlerin “Müasir marketinqin əsasları” kitabında uğurlu biznes keysi kimi yer alması, eləcə də “Ookla” tərəfindən analitik məqalənin dərc olunması “Aztelekom” üçün mühüm nailiyyət olub. Ölkə tarixində ilk dəfə olaraq 5 beynəlxalq mükafata layiq görülüb.
Bakının bu küçəsi Formula 1 həftəsində açıq olacaq
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - FOTO
Azərbaycanın dəmiryol sistemində yenilik; yükdaşımalar 2 dəfə artırılacaq - VİDEO
Metroda gedişhaqqı artırılır? – Ekspertdən AÇIQLAMA
Bu ərazidə tikinti bitənədək piyadalar necə hərəkət etməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Coratda bir neçə çala asfaltla dolduruldu; sakinlər narazıdır - FOTO
“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir – AÇIQLAMA - VİDEO
Sərnişinlərə qatarla alternativ yollar təklif edildi - FOTO
“Ulduz” metrosu ətrafında yeni yol: Piyada bağlantısı necə olacaq? – AÇIQLAMA
Azərbaycanda 8 ay ərzində neçə minik avtomobili istehsal edilib? – Rəsmi STATİSTİKA











