Bu magistralda piyada keçidinə ehtiyac var - VİDEO

Bakı-Qazax magistralınınn Hacıqabul rayonu, Qızılburun kəndi ərazisindən keçən hissəsində piyada keçidinin yoxluğu səbəbindən sakinlər təhlükə ilə üz-üzə qalırlar.
Avtosfer.az-ın məlumatına görə, magistral yolda sürət həddi saatda 110 km/saatdır. Hərəkətin yüksək olduğu ərazidə keçidin olmaması sakinlər üçün təhlükəli vəziyyət yaradır. Yolun kənd ərazisindən keçən hissəsində istər piyada, istərsə də texnika və heyvanların keçməsi üçün hər hansı bir keçid qoyulmadığından dəfələrlə yolun bu hissəində yol-nəqliyyat hadisələri baş verib. Sakinlər qeyd edirlər ki, sözügedən ərazidə dəfələrlə piyadaların ölümü ilə nəticələnən qəzalar baş verib. Ona görə də sakinlər belə halların bir daha baş verməməsi üçün aidiyyəti qurumların tədbir görməsini tələb edirlər. Sakinlərin tələbi budur ki, həmin ərazidə yeraltı və ya yerüstü piyada keçidi inşa edilsin. Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, sakinlər rəsmi qaydada müraciət etməlidirlər. ''Bundan sonra əraziyə baxış keçiriləcək və həqiqətən də orada piyada keçidinin tikilməsinə ehtiyac varsa, bu məsələ aidiyyəti qurumlarla həll olunacaq'',- deyə Agentlikdən bildirildi.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












