“Bu minalar düşmən tərəfindən son günlərdə həmin yollarda basdırılıb”

Bu gün Kəlbəcər rayonunda jurnalistlərin minaya düşərək həlak olduğu yolda ermənilərin son günlərdə terror hazırlaması barədə fikirlər sosial şəbəkələrdə müzakirə olunur.
“Qafqazinfo” xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev bu məsələni şərh edərək bildirib ki, növbəti dəfə mülki vətəndaşlarımız işğalçı Ermənistanın ərazimizdə yerləşdirdiyi minanın qurbanına çevriliblər: “Jurnalistləri müşayiət edən nümayəndələrin onları daşıyan avtomobili əvvəllər istifadə olunmayan, minaların təmizlənmədiyi və ya yoxlanılmayan yoldan istifadə etməsi mümkün deyil. Bir neçə dəfə bu səfərlərdə iştirak edən birisi kimi, tam əminliklə bunu iddia edirəm.
Böyük ehtimalla bu minalar düşmən tərəfindən son günlərdə həmin yollarda basdırılıb. Birinci Qarabağ müharibəsi zamanı da buna bənzər hadisələrə rast gəlirdik və itkilərimiz də olurdu.
Ermənistanın son zamanlar törətdiyi təxribatları ardıcıllıqla nəzərdən keçirsək görərik ki, düşmən diversiya qruplarının fəaliyyətində daha çox minalar ilə intensiv istifadə olunan yolların istismarına imkan verməməyə və bununla da Qarabağa qayıdış prosesini ləngitməyə çalışır.
Baş verən hadisələr bir daha sübut edir ki, təslim olan və 7 aydır ki, minalanmış ərazilərin xəritəsini verməyən Ermənistan öz mənfur niyyətlərindən əl çəkmək niyyətində deyil. Odur ki, aidiyyəti qurumlar düşmən təxribatlarının qarşısını almaq üçün zəruri addımlar atmalı, bu diversiya fəaliyyətlərinə cəhd edən qrupları yerindəcə zərərsizləşdirməlidir. Baş verən bu və əvvəlki hadisələr Ermənistanın mülki şəxslərə qarşı cinayətlərinin aşkar sübutudur”.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












