Bu ölkədə koronavirusun yeni ştamı aşkarlandı

Ukraynada koronavirusun yeni ştamı aşkarlanıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini, baş dövlət sanitar həkimi İqor Kuzin bildirib. “2024-cü ilin iyul ayında ölkədə “SARS-CoV-2” koronavirusunun “FLiRT” adlı yeni subvariantına yoluxma üzrə ilk hallar qeydə alınıb”, - Səhiyyə Nazirliyinin saytında nazirdən sitat gətirilib. Onun sözlərinə görə, ötən həftə “FLiRT” subvariantına yolxuma üzrə üç hal aşkar edilib: ikisi Kiyevdə, biri İvano-Frankovsk vilayətində.
Nazirlikdən, həmçinin qeyd olunub ki, yeni ştamın xüsusi təhlükə qiymətləndirməsi yoxdur, lakin Ümumdünya Səhiyyə Təşkilatı onun hər bir ölkə səviyyəsində izlənilməsinin zəruri olduğunu hesab edir.
Qeyd edək ki, 2024-cü ilin avqust ayına olan məlumata görə, Ukraynada “SARS-CoV-2” virusunun ümumilikdə 10 ştamı dövr edir. Bunlar “Omicron” variantının müxtəlif subvariantlarıdır. İyulun sonunda Kiyev rəsmiləri koronavirusa yoluxma hallarının əhəmiyyətli dərəcədə - iyun ayı ilə müqayisədə təxminən 4,5 dəfə artdığını bildiriblər.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












