Bu şəxslər üçün gediş haqlarında güzəştlər nə vaxt olacaq?

Böyüklər də, uşaqlar da eyni gedişi ödəyirlər. Bu, düzgün bir mexanizm deyil. Heç bir güzəşt olmadıqda valideynlər övladlarını şəxsi avtomobillərlə aparmağa üsütünlük verirlər. Hələlik, qanunla müəyyən edilmiş standart belədir.
Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı nəqliyyat vasitələrindən istifadə zamanı azyaşlılarla böyüklərin gediş haqqının eyni olmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, ictimai nəqliyyatın inkişafı ilə bağlı proses başa çatan kimi bu məsələni gündəmə gətirmək lazımdır:
“Gələcəkdə tələbələrə, təqaüdçülərə və digər kateqoriyadan olan insanlara ictimai nəqliyyatda güzəştlər nəzərdə tutulub. Bununla bağlı müzakirələr gedir. İndi kart sisteminin tətbiqi bir az çətinliklər yaradır. Çünki bütün avtobuslar kart siteminə keçmədiyinə görə, “kimə güzəşt edilməlidir” sualının cavabını tapmaq çətindir. Hesab edirəm ki, Azərbaycanda kart sistemi tam tətbiq edildikdən sonra bu barədə düşünmək lazımdır. Çünki insanları ictimai nəqliyyata həvəsləndirmək, stimullaşdırmaq üçün müəyyən güzəştlər vacibdir. Bu güzəştlər nə qədər çox olarsa, ictimai nəqliyyata axın da o qədər çox olacaq”.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












