Bu təyyarələrdə “powerbank” istifadə etmək qadağan edildi

Türkiyənin "AJet" aviasiya şirkəti uçuş zamanı təyyarələrdə daşınan enerji yığan cihazların ("powerbank") istifadəsini qadağan edib. Avtosfer.az "redaktor.az"a istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Qərar Türkiyənin Mülki Aviasiya Baş İdarəsinin (SHGM) tövsiyəsinə əsasən qəbul edilib. Qərara əsasən, tutumu 100 vat/saata qədər olan litium batareyalı "powerbank"lar, elektron siqarətlər və ehtiyat batareyalar yalnız əl yükündə daşına biləcək, lakin uçuş zamanı işlədilməyəcək. 100-160 vat/saat tutumlu batareyalar üçün aviaşirkətdən xüsusi icazə alınacaq. 160 vat/saatdan artıq tutuma malik batareyalar isə sərnişin baqajında daşınmayacaq, yalnız müəyyən şərtlərlə yük kimi qəbul ediləcək. Qərar İstanbul–Seul reysində baş verən hadisədən sonra qəbul edilib. Həmin uçuşda sərnişinlərdən birinin "powerbank" cihazı oturacaq arasına düşüb, nəticədə təyyarə İstanbul Hava Limanına geri dönüb.
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF












