“Bu yolun bəzi hissələrinin Azərbaycan ərazisində olduğunu çox yaxşı bilirsiniz” – Erməni nazir əsəbiləşdi

"Məsul dövlət məmurları İrandan İrəvana gedə biləcək yük maşınlarının məsələsinin həlli prosesində iştirak edirlər".
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan avqustun 27-də jurnalistlərə müsahibəsində bildirib.
Keobyan qeyd edib: "Komanda məşğul olur, düşünürəm ki, məsələ yaxın gələcəkdə həll olunacaq. Əlbəttə, Ermənistan sərhədi Meğridən başlayır və İran avtomobillərinin Ermənistana girməkdə heç bir problemi yoxdur, Amma İrəvana çatmaqda problemləri var. İndi bu məsələ alternativ yolla həll olunur, lakin böyük yük maşınları üçün bu yol uyğunlaşdırılmayıb".
Nazirin sözlərinə görə, Nazirlər Kabineti yolun mümkün qədər tez açılmasını təmin etmək üçün hər şeyi edir. "Bildiyimə görə, yolun ən qısa zamanda açılması üçün üçtərəfli formatda intensiv danışıqlar aparılır".
"Azərbaycanlıların bağladığı yolun hissələrini Ermənistanın suveren ərazisi hesab edir, ya yox" sualına İqtisadiyyat Nazirliyinin rəhbəri belə cavab verib: “Mən bu cür məsələlər üzrə mütəxəssis deyiləm, razılaşmaların nə olduğunu görmək lazımdır. Bu yolun bəzi hissələrinin Sovet vaxtı Azərbaycan ərazisində olduğunu özünüz çox yaxşı bilirsiniz və niyə belə suallar verirsiniz?"
Kerobyan bildirib ki, bu gün nazirlik blokada şəraitində olan kəndlərin sakinlərinin ərzaqla təmin edilməsi məsələlərini müzakirə edib. Ərzağın Vorotan sakinlərinə rus sərhədçiləri tərəfindən çatdırıldığı məlum olub.
Xatırladaq ki, iki gün əvvəl Azərbaycan Silahlı Qüvvələri Gorus-Qafan dövlətlərarası yolun Şurnux-Karmrakar və Gorus-Vorotan hissələrini bağlayıb. Söhbət Ermənistanı İranla birləşdirən M-2 yolundan gedir.

Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












