Bundan sonra avtobuslarla bağlı suallara bu xanım cavab verəcək

"Artıq üç gündür ki, yeni işimin başındayam". Avtosfer.az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti tabeliyində "BakuBus" MMC-ə mətbuat katibi Nuridə Allahyarova deyib.
O bildirib ki, bu günə kimi mətbuata açıq olub və bundan sonra da həmin prinsiplə işləyəcək: "Bu günə kimi mətbuatla işləmişəm. Mətbuatın bütün suallarına açığam. Hansı məsələ olursa-olsun onu cavablandırmağa hazıram".
N.Allahyarova Binəqədi Rayon İcra Hakimiyyətindəki vəzifəsiylə yeni işinin fərqi barədə də danışıb: "Hər iki vəzifə məsuliyyətlidir. Çünki ikisində də söhbət xidmətdən gedir. İş yerlərimi müqayisə etmirəm, hamısı əzizdir. Harada xidmət varsa, mən orada özümü yaxşı hiss edirəm. Binəqədi rayonunda vətəndaşlara xidmət edirdik, bu vəzifəmdə isə sərnişinlərə. Bütün hallarda mənim üçün xoşdur".
Qeyd edək ki, N.Allahyarova Bakı Şəhər İcra Hakimiyyəti tabeliyində "BakuBus" MMC-ə mətbuat katibi təyin olunub. Bundan əvvəl Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












