“Bunun mənə nə aidiyyəti var?” - Milyonluq mülklərin siyahısından danışdı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri olmuş Vidadi Zeynalovun əmlakları hərraca çıxarılıb. Hərracda satılması nəzərdə tutulan əmlakların ümumi dəyəri 10 milyonlarla manatla ölçülür.
Avtosfer.az xəbər verir ki, Vidadi Zeynalov Manset.az-a açıqlamasında əmlakların böyük hissəsinin ona aid olmadığını bildirib.
“2015-ci ildə məni saxlayanda nə qədər nəslim, qohum-əqrəbam var idisə, hamısının əmlakını araşdırmadan mənim adıma bağladılar. Bacımın yaşadığı evi, ərə getmiş qohumumun evini müsadirə etdilər. Bunun mənə nə aidiyyəti var? Sonradan araşdırma aparıldı və Ali Məhkəmədə, eləcə də Ağır Cinayətlər Məhkəməsində həmin əmlakların hamısı geri qaytarıldı”, - deyə V.Zeynalov söyləyib.
Onun sözlərinə görə, hətta valideynlərinə məxsus, uzun illər əvvəl əldə edilmiş evlər də siyahıya salınıb: “1926-cı ildə atam anadan olub, anam isə 1952-ci ildə ona ərə gəlib. Kənddə yerləşən həmin evi də müsadirə kimi yazmışdılar. Bunun da mənə heç bir aidiyyəti yoxdur. Sonradan onların da hamısını siyahıdan çıxardılar”.
Sabiq Aparat rəhbəri hazırda övladlarının yaşadığı evlərin də ona aid kimi təqdim edildiyini sözlərinə əlavə edib: “İndi bir qızımın, bir oğlumun yaşadığı evi yazırlar. Onlar da durur, yaşayırlar. Orada yazırlar ki, filankəs qaynıdır, filankəs bacanağıdır. Qaynı bir şəhərdə yaşaya bilməz? Evi ola bilməz? Mən nə edim, deyim adına ev olmasın? Mən hazırda heç Bakıda yaşamıram. Yevlaxda kənd yerində yaşayıram”.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












