Buzovna-Maştağa yolundakı ağaclar məhv edilib? - AÇIQLAMA + FOTO

Bakıda ağacları qurutmağa cəhd edilib.
Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Buzovna-Maştağa yolundakı ticarət obyektlərin qarşısından gedir. Belə ki, yol kənarında və ətrafda olan ağacların dibinə onların məhv edilməsi üçün müdaxilə edildiyi iddia olunur. Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, ağacların qurudulmasının qarşısı alınıb. Buzovna-Maştağa yolundakı ticarət obyektlərin qarşısında bir neçə çoxillik şam ağaclarının bilərəkdən məhv edilməsi ilə bağlı daxil olan məlumatla bağlı dərhal məsələyə operativ reaksiya verilib: “Həmin ünvanda araşdırma və inventarizasiya işləri aparılıb. Ağacların dibindən torpaq nümunələri götürülüb və laboratoriyaya göndərilib. Analizlərin nəticəsi kimi ağacların quruması səbəbinin xəstəlik və ya kənar müdaxilə olacağı bilinəcək. Bildirilib ki, ağacların bilərəkdən qurudulması faktı aşkar edildiyi təqdirdə təqsirkarlara qarşı ciddi tədbir görüləcək. Aparılan araşdırmalarla yanaşı, həmin ərazidə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən yeni ağacların əkilməsi təmin edilib, mövcud ağaclara aqrotexniki qulluq göstərilib”.(Oxu.az)
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












