Cavid Qurbanov icra hakimiyyətləri və bələdiyyələri tənqid etdi

«İcra hakimiyyətləri, bələdiyyələr Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu xəttinin ətrafındakı əraziləri satıblar, yol qıraqlarında qanunsuz tikililər var». Bunu «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov deyib. O bildirib ki, bütün bu amillər sözügedən dairəvi dəmir yollu xəttinin işə düşməsini çətinləşdirir. Onun sözlərinə görə, Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu xəttinin istifadəyə verilməsi üçün müəyyən işlər görülməlidir: “Bakı-Sumqayıt qatar xətti düz istiqamətli deyil. Təsəvvür edin, Bakıdan çıxan Zabrata gedir, ordan Pirşağı, Novxanı, Corat və Sumqayıt stansiyasına keçir. Oradan fırlanır, Xırdalandan, Biləcəridən Bakıya keçir. Bu böyük dairədir. Bu dairənin bir xətli uzunluğu 91 kilometrdir, iki xətli uzunluğu 180 kilometrdir. Böyük yoldur. Bütün bu yolların da icra hakimiyyətləri, bələdiyyələr yolun ətrafını satıblar, yol qıraqlarında qanunsuz tikililər var. Yollardan kanalizasiyalar, qeyri-rabitə xətləri çəkilib. Bunların hamısını yeniləmək üçün xətti ayırmaq , mühafizə strukturunu qurmaq lazımdır ki, ora insanlar, heyvanlar çıxmasın, keçidlər olsun. Bu, böyük proyektidir. Bu proyekti Asiya İnkişaf Bankı 500-550 milyon dollar qiymətləndirirlər. Bu gün iqtisadiyyat zəifdir, o qədər imkanlarımız yoxdur”.
C.Qurbanov deyib ki, dairəvi dəmir yolu xətti reallaşsa, gün ərzində qatardan 20-40 min insan istifadə edəcək: «Hələlik Biləcəri, Xırdalan stansiyalarını istifadəyə verə bilməmişik. Hazırda iqtisadi gücümüz buna imkan verməsə də, gələcəyə planlaşdırırıq».
QSC sədri qeyd edib ki, dəmir yolunda tariflərlə bağlı dəyişiklik olmayacaq.
Emin
İlduzə Hacıyeva niyə 5 il 2 ay həbs olunub? – Hüquqşünas İZAH ETDİ - FOTO
İlqar Altay “Arzum”un səs yazısını yaydı - VİDEO
Bölgələrdə turizm obyektlərinin qiymətləri yenə bahalaşıb - İQTİSADÇI
Qazaxıstan Rusiyaya yanacaq satmağa hazırlaşır? – Politoloqdan səs gətirən İDDİA
Avtomobili pandusun qarşısında saxladı; əlilə mane oldu – VİDEO
"Arzum" niyə 5 il 2 ay müddətinə həbs edildi? - Hakimdən AÇIQLAMA
Nəqliyyat sahəsində azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb
Final matçının fantastik bilet qiymətləri – Ən ucuzu və ən bahası
Bakıda kirayə mənzil qiymətləri niyə artıb? - EKSPERT
Avropa Komissiyasının Prezidenti Bakıya niyə gəlib? - AÇIQLAMA
Rusiya 13 il əvvəl qadağan edilmiş yanacağa qayıdır










