Cərimələr avtomobilin qiymətinə görə təyin ediləcək? - AÇIQLAMA

Avtobus və velosiped zolaqlarına daxil olan avtomobillərin sürücülərinə maşının qiymətindən asılı olmayaraq eyni məbləğdə cərimə tətbiq edilir. Sürücülərin çoxu təklif edir ki, cərimələrin məbləği vətəndaşın istifadə etdiyi avtomobilin qiymətinə uyğun olaraq tətbiq edilsin.
Bəs cəriməni avtomobilin qiymətinə görə təyin etmək mümkündür?
Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti İlqar Hüseynli Redaktor.az-a açıqlamasında bu təklifi absurd adlandırdı:
"Tutaq ki, vətəndaşın bu gün sürdüyü maşının qiyməti 150 000 manatdır. Onu alıb 10 gün sürəndən sonra, hətta nəzəri cəhətdən qiymətində enmələr olur və qiymət dəyişir. Dünyanın heç bir yerində belə bir qanunvericilik yoxdur ki, bazar qiymətinə görə cərimələr tətbiq edilsin. Qanunvericilik belə tənzimlənmir. Konkret qaydalar və qayda pozuntuları var. İstər ucuz, istər bahalı maşın olsun, bu, fərdin törətdiyi inzibati xətadır, nəqliyyat vasitəsinin törətdiyi inzibati xəta deyil. Cərimələr nəqliyyat vasitəsinə yox, fərdlərə tətbiq olunur ki, o, yenidən belə xətalara yol verməsin".

Ekspert qaydaların bu cür dəyişməsinin əleyhinə olduğunu qeyd etdi:
"Birinin bahalı maşını var, amma hansısa yaxın adamına deyir ki, gəl bu maşını sür, filan yerə qədər gedib gələk. Bu, o demək deyil ki, onun idarə etdiyi dövrdə edilən cərimə maşının bahalığına-ucuzluğuna görə tətbiq edilməlidir. Bu, sadəcə insanların öz nöqteyi-nəzəri ilə məsələyə yanaşmasıdır. Amma mən bunun əleyhinəyəm".
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










