Çin-Avropa nəqliyyat dəhlizi üzrə Azərbaycanla əməkdaşlığın inkişafı müzakirə edilib

Gürcüstan və Qazaxıstan Çin-Avropa istiqamətində konteyner daşımalarının inkişafı üzrə Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə edib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvirivaşvili ilə Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbaev arasında keçirilən görüşdə məlum olub. Görüşdə xüsusi diqqət Azərbaycanın marşrutun sabit və səmərəli işinin təmin edilməsindəki roluna yönəldilib. Xüsusilə, beynəlxalq dəhlizlərin fasiləsiz, etibarlı və səmərəli fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan tərəfindən yaradılmış “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinin əhəmiyyəti vurğulanıb. Şirkət "vahid pəncərə" prinsipi əsasında xidmətlər göstərir, logistika siyasətinin uyğunluğuna kömək edir və daşımaların müddəti və qiymətinin proqnozlaşdırıla bilməsini təmin edir. M.Kvirivaşvili, həmçinin Gürcüstan hökuməti tərəfindən nəqliyyat-logistika sahəsində həyata keçirilən əsas infrastruktur layihələri - Anakliya limanı, Şərq-Qərb avtomobil yolu, Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də dəmir yolu infrastrukturunun modernləşdirilməsi layihələri haqqında məlumat verib. Görüşün sonunda Gürcüstan tərəfi Qazaxıstanın nəqliyyat nazirini oktyabrın 22-23-də Tbilisidə keçiriləcək V İpək Yolu Forumunda iştirak etməyə dəvət edib.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











