“Cinayətkarlığa qarşı mübarizə" mövzusunda görüş - TƏLİMATLAR VERİLDİ - FOTO

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “XXI Əsrin Qadınları” İctimai Birliyinin təşkilatçılığı ilə "Cinayətkarlığa qarşı mübarizə" adlı növbəti maarifləndirici tədbir keçirilib.
Xırdalan şəhərində baş tutan budəfəki görüşdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polkovnik-leytenant İbrahim Əhmədov, Abşeron Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vüqar Bəşirov, "XXI Əsrin Qadınları" İctimai Birliyinin sədri, layihə rəhbəri Mahirə Əmirhüseynova məruzələrlə çıxış ediblər.
Müxtəlif sosial kateqoriyadan olan insanların dəvət edildiyi tədbirdə çıxışçılar insan alverinə qarşı mübarizənin əsas istiqamətləri və normativ hüquqi bazası haqda danışıblar. Onlar insanların istismar edilməsinin forma və üsulları, insan alverinin profilaktikası, buna qarşı mübarizənin hüquqi və təşkilati əsasları haqda məruzə ediblər, habelə insan alveri qurbanlarının hüquqi vəziyyəti, qurbanların müdafiəsi və onlara yardım göstərilməsinin mümkün yolları barədə təlimatlar veriblər. İnsan alverinin doğurduğu təhlükələr və bu cinayətlərdən qorunmaq barədə diskussiya aparılıb.
Tədbir daha sonra söhbət-disput şəklində davam edib.



Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












