Çində dəmir yolu ilə bir gündə 23,13 milyon sərnişin daşınıb

Çin Xalq Respublikasının yaranmasının ildönümü və Payız festivalı münasibətilə 8 günlük bayram tətilinin ilk günündə - oktyabrın 1-də dəmir yolu nəqliyyatı ilə 23,13 milyon sərnişin daşınıb. Avtosfer.az “Çin Dəmir Yolu Qrupu”na istinadla xəbər verir ki, bu, Çində dəmir yolu ilə sərnişin daşınmasında gündəlik rekord göstəricidir. Bayram tətilinin 2-cü günü isə təxminən 20 milyon sərnişin daşınıb. Nəqliyyat Nazirliyi bayram tətilində ölkə üzrə bütün növ nəqliyyat vasitələri ilə 2 milyard 360 milyondan çox səfərin qeydə alınacağını proqnozlaşdırıb. Bu da orta hesabla gün ərzində 295 milyon səfər deməkdir. Səyahətlərin təxminən 80 faizinin fərdi avtomobillərlə reallaşacağı gözlənilsə də, dəmir yolu və təyyarələrlə də kifayət qədər səfər reallaşacaq. Dəmir yolu ilə sərnişin daşınmasında əsas pay sürətli qatarların üzərinə düşür.
Qeyd edək ki, Çin hazırda dünyada ən böyük sürətli dəmir yolu şəbəkəsinə malikdir. Ölkənin saatda 200 km/saat-dan yuxarı sürətli qatarlar üçün nəzərdə tutulan dəmir yollarının uzunluğu 47 min kilometrə çatır ki, bu da bütün dünya üzrə sürətli dəmir yolu şəbəkəsinin təxminən 70 faizi deməkdir. Əhalisinin sayı 500 mindən yuxarı olan şəhərlərin 75 faizi sürətli dəmir yolu şəbəkəsinə qoşulub. Amma Çin bununla da kifayətlənmir, 2035-ci ilədək sürətli dəmir yolu şəbəkəsinin 70 min kilometrə çatdırılması planlaşdırılıb. Sürətli dəmir yolu sistemi Çin iqtisadiyyatının gücünün, sürətli modernləşməsinin, texnoloji tərəqqisinin rəmzinə çevrilib.
Zəngəzur dəhlizi ilə bağlı fəallıq artır: TRIPP həm də sülhün qarantıdır
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - AÇIQLAMA
Bakı Dairəvi Yolunda təhlükəli vəziyyət - VİDEO
Putinin başı təkcə Ukraynadakı müharibəyə qarışmayıb - POLİTOLOQ
AAYDA-nın sədr müavinləri vəzifədən azad edildilər - SƏRƏNCAM
Sumqayıtda bu ərazilərdəki evlər söküləcək – RƏSMİ AÇIQLAMA
Cərimə balının tətbiq mexanizmləri təkmilləşdirilməlidir - DEPUTATDAN VACİB AÇIQLAMA
Rusiyadan İrəvana qarşı ikili siyasət: Putin təbrik edir, Medvedev sərt danışır
Dünyada ilk neft quyusu və Qafqazın ilk elektrik dəmir yolunun yubileyidir – EKSPERT - FOTO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Putin İlham Əliyevə təşəkkür etdi - VİDEO










