Çindən Avropaya gedən 20 000-ci qatar Orta Dəhliz vasitəsilə yola düşüb

Çindən Avropaya yola salınan 20 000-ci yük qatarı Orta Dəhliz marşrutu üzrə hərəkətə başlayıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, yubiley qatarı Çinin şimalında yerləşən Daxili Monqolustan Muxtar Bölgəsinin Erenhot Dəmiryolu Stansiyasından yola düşüb. Qatar 55 konteynerdən ibarətdir. Orta Dəhlizdə yük qatarlarının sayı son üç il ərzində sürətlə artıb. 2013-cü ildən etibarən bu marşrutla daşımalar həyata keçirilir, lakin 2022-ci ildə 10 000-ci qatar qeydiyyata alınmışdı. Cəmi üç il ərzində bu göstərici ikiqat artaraq 20 000-ə çatıb. Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz Çindən başlayaraq Qazaxıstan, Özbəkistan, Türkmənistan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya qədər uzanan strateji ticarət və nəqliyyat xəttidir. Bu marşrut Asiyanın şərq regionlarını, o cümlədən Çini, dəniz yollarından yan keçərək quru ilə Avropaya birləşdirir. Beləliklə, daşımaların müddətini və məsafəsini əhəmiyyətli dərəcədə azaldır. Orta Dəhliz təkcə region ölkələrinin iqtisadi əlaqələrini genişləndirmir, həm də qlobal ticarət logistikasında mühüm alternativ dəhliz kimi mövqeyini gücləndirir.
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO











