Çindən daşınan yüklərin həcmi artıb – ABADA

Son dövrlərdə Çindən daşınan yüklərin həcminin artması nəticəsində BYD (TIR-Carnet) kitabçalarından istifadə edən daşıyıcıların sayı 30 % artıb.
Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) Baş katibi Kənan Qurbanov deyib.
Onun sözlərinə görə, iyul ayında isə BYD kitabçalarından istifadə edən daşıyıcıların sayı 2 dəfə artıb: “Buna səbəb Gürcüstan tərəfində müşahidə edilən tıxacdır. Bu kitabça beynəlxalq yükdaşımalarda istifadə olunan beynəlxalq gömrük sənədidir. Yük maşınının bir neçə ölkədən gömrük sərhədlərini keçməsinə imkan verir".
O qeyd edib ki, ABADA 30 ildən artıqdır ki, fəaliyyət göstərir:
“Assosiasiyanın əsas prioritet istiqamətlərindən biri beynəlxalq avtomobil daşımalarının inkişafına dəstək verilməsi, “Carnet-TIR” Gömrük Konvensiyasının şərtlərinin Azərbaycanda yerinə yetirilməsinin təmin edilməsi, beynəlxalq avtomobil nəqliyyatı vasitəsilə yüklərin daşınmasının və maneəsiz hərəkətinin təmin olunması üçün müvafiq yardımın göstərilməsidir. Cari ilin 6 ayı ərzində assosiasiya öz üzvlərinə yardım məqsədilə müxtəlif xarici ölkələrdə baş verən hallarla bağlı hər cür dəstək göstərmiş, eyni zamanda xarici ölkələrdə fiziki şəxslərə yardım edib. Bu dövrdə xaricdə baş verən hallarla bağlı üzv daşıyıcılara göstərilən yardım 10 %-ə qədər artıb, hazırda 174 hüquqi və fiziki şəxs üzv kimi fəaliyyət göstərir".
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO











