Çindən gələn ilk tranzit yük qatarı bu gün Tiflisdə qarşılanacaq

Bu gün Tiflisdə Çindən gələn ilk tranzit yük qatarının qarşılanması mərasimi keçiriləcək. APA-nın gürcü mətbuatına istinadən verdiyi məlumata görə, qatarı Tiflis dəmiryolunda Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Çinin Gürcüstandakı səfiri və "Gürcüstan Dəmir Yolları" idarəsinin baş direktoru qarşılayacaqlar. Sonra "İpək dəmiryolu" layihəsinin açılışı olacaq. Çinin Lyunyunqan limanından gələn qatar Qazaxıstan, Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə yola düşəcək. "Bu qatar "İpək Yolu" çərçivəsində ilk tranzit qatarıdır. Bu qatar qısa vaxt ərzində Asiya ilə Avropanı birləşdirəcək. Çinin şərq tərəfindən göndərilən yük 14-15 günə İstanbula çatacaq, dəniz yolu İstanbula getmək 40-45 gün çəkir. İlin sonunadək Tiflis daha bir tranzit yük qatarını qəbul edəcək və 2016-cı ildə layihə çərçivəsində əlavə olaraq bir neçə min konteyner daşınması planlaşdırılır. Bu layihə Gürcüstanın tranzit potensialını əhəmiyyətli dərəcədə yüksəldəcək", deyə Gürcüstan hökumətinin məlumatında bildirilib.
Məlumata görə, ilk tranzit qatar 21 yük vaqonundan ibarətdir.
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO










