COP29-da bu iş yerləri bağlanacaq - Mühüm AÇIQLAMA

Noyabr ayının 11-dən 24-ə qədər davam edəcək COP29 tədbiri zamanı paytaxta dünyanın müxtəlif ölkələrindən təxminən 90 minə yaxın insan gələcək. Konfransla bağlı artıq aylar öncədən başlayan hazırlıq prosesi, demək olar ki, yekunlaşmaqdadır. Tədbir ərzində Bakıda təhsil müəssisələrinin artıq onlayn rejimdə fəaliyyət göstərəcəyi dəqiqləşib.
Bəs görəsən, məhdudiyyətlər başqa hansı sahələri əhatə edəcək?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Yenisabah.az-a danışan millət vəkili Elman Nəsirov bildirib ki, tədbirdə iştirak üçün dünyanın müxtəlif ölkələrindən ən az 80-90 min qonağın gələcəyi gözlənilir:
“Noyabr ayının 11-24-ü ərzində, Azərbaycan Respublikası dünyanın ən böyük beynəlxalq tədbiri olan COP29 konfransına ev sahibliyi edəcək. Belə bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə beynəlxalq aləmdə olan etimadın göstəricisidir. Bu mühüm tədbir Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursunun təntənəsi kimi dəyərləndirilə bilər. Bu tədbir çərçivəsində təxminən 80-90 min insanın Azərbaycana gəlməsi gözlənilir. Dünyanın əksər ölkələri dövlət və hökumət başçıları səviyyəsində təmsil olunacaqlar. Həm də COP29 tədbiri Azərbaycan və Ermənistan arasında başlanmış sülh prosesinin mühüm tərkib hissəsidir. Əgər sülh prosesi olmasaydı, Ermənistan Azərbaycanın belə nəhəng tədbirə ev sahibliyi etməsinə imkan verməzdi və buna maneə olardı”.
Deputat qeyd edib ki, tədbir ərzində təhsil müəssisələrindən başqa, bir sıra müəssisə və iş yerlərinin də onlayn fəaliyyəti nəzərdə tutulub:
“Heç şübhəsiz ki, qısa müddət ərzində 80-90 min insanın Azərbaycana gəlişi müəyyən mənada nəqliyyatda və digər sahələrdə məhdudiyyətləri özündə ehtiva edəcək. Bu şəksizdir, çünki burada təhlükəsizlik, yəni dövlət başçılarının qorunması məsələsi var. Bütün bu reallıqların fonunda, heç şübhəsiz ki, müəyyən məhdudiyyətlərin tətbiqi labüddür. Eyni zamanda, artıq indidən bəllidir ki, ali və orta məktəblərdə, ayrı-ayrı müəssisələrin fəaliyyətində də onlayn rejimə keçirilməsi mümkündür. Bu haqda müəyyən fikirlər, təkliflər səslənməkdədir. Amma ən əsası odur ki, bu nəhəng tədbirə ev sahibliyi etməklə, Azərbaycan bir daha bütün dünyaya öz gücünü göstərir, potensialını ortaya qoyur. Sanki bütün dünyanın ürəyi bu tədbir zamanı Azərbaycanda döyünəcək. Azərbaycandan dünyaya həm iqlim, həm də digər mühüm məsələlərlə bağlı mesajlar göndəriləcək. İndi mürəkkəb dünyamızın belə mesajlara ehtiyacı var və Azərbaycanın da təcrübəsi belə bir mühüm misiyanı şərəflə yerinə yetirək”.
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ










