COP29 ilə əlaqədar sərhədçilər tərəfindən silsilə tədbirlər davam edir - FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncamının icrası və ölkəmizdə keçiriləcək COP29 ilə əlaqədar sərhədçilər tərəfindən silsilə tədbirlər davam edir.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, DSX-nin struktur qurumlarında xidmət edən hərbi qulluqçuların iştirakı ilə Xəzər dənizinin Azərbaycan Respublikası ərazisinə aid olan hissəsində, sahildə və adalarda sanitar vəziyyətin lazımi səviyyədə saxlanılması məqsədilə müvafiq qaydalara, gigiyena və ekoloji normativlərə uyğun şəkildə məişət tullantılarının təmizlənməsi və Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonuna daşınması həyata keçirilib.
Azərbaycan sərhədçisi dövlət sərhədinin mühafizəsi və müdafiəsi ilə yanaşı gələcək nəsillərə təmiz dünya ötürmək naminə təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq, ekoloji tarazlığın bərpasına yardım məqsədilə təmizlik və abadlıq işlərinin aparılmasında əzmkarlıq və həmrəylik nümayiş etdirir.














Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












