COP30 zamanı Braziliyada kruiz gəmilərində 6 min iştirakçı yerləşdiriləcək

Braziliyanın Belin şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP30 zamanı kruiz gəmilərində 6 min nəfərin yerləşdirilməsi planlaşdırılır.
Avtosfer.az bu barədə “Report”a istinadən xəbər verir.
Bildirilib ki, COP30 üzrə Xüsusi Katiblik və “Embratur” tərəfindən imzalanan razılaşmaya əsasən, tədbir müddətində iki kruiz gəmisi müvəqqəti yaşayış yeri kimi fəaliyyət göstərəcək. Bu il noyabrın 10-dan 21-dək keçiriləcək iqlim konfransı çərçivəsində bu gəmilərdə ümumilikdə 3 900 kabinə və 6 min çarpayı təmin olunacaq.
Qeyd olunub ki, bu addım dünyanın ən böyük iqlim tədbiri üçün yerləşdirmə imkanlarını əhəmiyyətli dərəcədə artırmağa yönəlib. Yaşayış yerləri mərhələli şəkildə istifadəyə veriləcək. Braziliya ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) arasında imzalanmış razılaşmaya əsasən, təqdim edilən bütün yerləşdirmə variantları – hotellər, günlük kirayə mənzillər və kruiz gəmiləri daxil olmaqla BMT tərəfindən koordinasiya olunacaq.
İlk mərhələdə yerləşdirmə imkanları 73 ölkəyə, xüsusilə də BMT-nin təsnifatına əsasən az inkişaf etmiş ölkələr (LDCs) və kiçik ada inkişaf etmiş dövlətləri (SIDS) qrupuna aid ölkələrə təklif ediləcək. Bu ölkələrin nümayəndələri üçün gündəlik qiymət 220 ABŞ dollarına qədər müəyyən olunub. Növbəti mərhələdə isə digər ölkələrin nümayəndələri üçün yerləşdirmə variantları 600 ABŞ dollarına qədər təqdim olunacaq.
COP30 üzrə xüsusi katib Valter Koreya qeyd edib ki, bu iki böyük kruiz gəmisinin təmin edilməsi tədbirin iştirakçıları – BMT nümayəndə heyətləri, müşahidəçilər, vətəndaş cəmiyyəti təşkilatları, akademik qurumlar və biznes strukturları üçün nəzərdə tutulan çoxşaxəli yaşayış həllərinin bir hissəsidir.
Qeyd edək ki, Braziliya COP30 çərçivəsində bütün ölkələr üçün yerləşdirmə təminatını verir.
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?












