COVID-19-u yüngül keçirənlərin müalicəyə ehtiyacı yoxdur - VİDEO

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev və Köln şəhəri Augustireninnen xəstəxanası Pnevmalogiya və süni tənəffüs təbabəti klinikasının mütəxəssis-həkimi Elvin Hüseynov COVID-19 xəstəliyini yüngül keçirənlərə məsləhətlər verib.
Avtosfer.az-ın xəbərinə görə, Almaniyada yaşayan azərbaycanlı həkimlər hazırladıqları maarifləndirici videomaterialda bildiriblər ki, yüngül formalı xəstəlik adətən özünü sadə qripal simptomlarla göstərir:
“Avropa müalicə protokollarında bu vəziyyətdə xüsusi müalicə nəzərdə tutulmur. Xəstəliyin yüngül forması əsasən cavan, immuniteti normal və yanaşı xəstəlikləri olmayan insanlarda olur. Lakin digər xəstəliklərin, məsələn: şəkərli diabet, böyrək xəstəlikləri, arterial hipertoniya, ürəyin koronar xəstəliyi və s. olması müəyyən formada xəstəliyi ağır keçirtmək üçün risk faktoru olsa da hələ xəstəliyin mütləq ağır gedişli olacağı demək deyil.
Hər kəs bilməlidir ki, öskürək, qızdırma, dad və qoxunun itməsi, ümumi halsızlıq və digər simptomlar xəstəliyin ağır forması demək deyil. Yuxarıda qeyd edilən simptomlar olarkən və ya yanaşı xəstəlikləri olan insanlar virusa yoluxarkən narahat olub ehtiyac olmayan dərmanlar, məsələn: antibiotik, deksametazon, müxtəlif antivirus preparatlarından istifadə etməməlidirlər. Ev şəraitində immuniteti aşağı salan dərmanların istifadəsi də viruslu xəstələr üçün qəti qadağandır. Sakit vəziyyətdə baş verən təngnəfəslik və boğulma ən ciddiyə alınmalı simptomlardandır. Bu zaman mütləq həkim müayinəsi vacibdir və ev şəraitində gözləmə mövqeyi doğru deyil. Çünki belə olan halda lazımı tibbi müalicənin başlanması gecikə bilər ki, bu da xəstəliyin ağırlaşmasına səbəb ola bilər”.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












