COVID-19 zamanı dad və iybilmənin bərpası üçün müalicə açıqlanıb - FOTO

Koronavirusa yoluxmanın əsas simptomlarından olan iy və dadbilmənin kəskin itməsinin qısa zamanda bərpası istiqamətində yeni elmi tədqiqatlar aparılıb.
Bunu Report-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universitetinin tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
O bildirib ki, SARS-CoV-2 virusunun dünyada yayıldığı ilk aylarda bu virusa yoluxmanın əsas əlamətlərindən biri kimi iy və dadbilmənin kəskin şəkildə itməsi ilə bağlı elmi informasiyalar hər kəsə məlumdur:
"Hələ virusun yayıldığı ilk günlərdə bunun koronavirusa xas olan bir simptomlar olduğu bəllidir. Bugünlərdə iy və dadbilmənin kəskin itməsi zamanı onların qısa vaxt ərzində bərpası istiqamətində dərman preparatlarının daha effektiv təsiri araşdırılıb. Bundan başqa, xəstəliyin gedişində bu simptomların hər hansı proqnostik əhəmiyyətinin olub-olmadığı da aşkarlanıb".

Azərbaycanlı alimin sözlərinə görə, son elmi tədqiqatla sübut edilib ki, qoxu və dadbilmənin itməsinin qısa zamanda bərpasına istifadə olunan yerli steroid spreylər və mazlar (məlhəm) ciddi şəkildə kömək edir. Belə ki, tədqiqatda "Fluticason" burun spreyinin 5 günlük tətbiqi qoxu bilmənin bərpasına və "Triamcinolon" mazının 5 günlük yerli istifadəsi isə dadbilmənin bərpasını tezləşdirir:
"Bundan başqa, Braziliyada aparılan digər tədqiqatla sübut edilir ki, qoxubilmənin kəskin şəkildə anidən itməsi kliniki gedişata təsir edəcək proqnostik faktor kimi nəzərə alınmalıdır".
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












