Daha iki qazi yüksək texnologiyalı protezlə təmin edildi - FOTO
Gündəm
3 Sentyabr 2021 17:58

Prezident İlham Əliyevin tapşırığı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qazilərin son nəsil müasir protezlərlə təminatı işləri davam etdirilir. Nazirlik Vətən müharibəsinin daha iki iştirakçısını - Mingəçevir şəhər sakini Abdulla Abdullayevi və Qazax rayon sakini Abbas Yusifovu yüksək texnologiyalı protezlərlə təmin edib. Nazirlikdən Avtosfer.az-a bildirilib ki, onlar Nazirliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində ilkin hazırlıq mərhələsi keçdikdən sonra ən müasir reabilitasiya vasitələri ilə təmin ediliblər.
A.Abdullayev Ağdam rayonu uğrunda döyüşlərdə ağır yaralanaraq hər iki ayağını itirib. Dövlət başçısının Sərəncamları ilə o, “Cəsur döyüşçü” və “Ağdamın işğaldan azad olunmasına görə” medalları ilə təltif edilib.
A.Yusifov isə Suqovuşan, Talış istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq sol ayağını itirib. O da Prezident İlham Əliyevin Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Hər iki qaziyə əlilliyə görə aylıq sosial ödənişlər təyin edilib.
Nazirlik ötən ilin dekabrından qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatına başlayıb və artıq 140-dan çox hərbçi ən müasir protezlərlə təmin olunub və bu proses davam edir.
Fidan
Oxunub : 1064
DİGƏR XƏBƏRLƏR
10 Oktyabr 2026 09:45
Yollarda duman var - Sürücülərin nəzərinə!
9 Oktyabr 2026 22:06
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
9 Oktyabr 2026 21:30
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
9 Oktyabr 2026 20:17
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
9 Oktyabr 2026 17:46
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
9 Oktyabr 2026 17:35
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
9 Oktyabr 2026 16:41
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
9 Oktyabr 2026 15:48
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
9 Oktyabr 2026 13:00
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
9 Oktyabr 2026 11:00
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
9 Oktyabr 2026 10:34
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
9 Oktyabr 2026 10:00
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
ŞƏRH YAZ














