“Dayanıqlı şəhər mobilliyi, sağlamlıq və təhlükəsizlik” mövzusunda konfrans keçirilib - FOTO

Avropa mobillik həftəsi çərçivəsində “Dayanıqlı şəhər mobilliyi, sağlamlıq və təhlükəsizlik” mövzusunda konfrans keçirilib. Konfrans Avropa Komissiyasının təşəbbüsü ilə keçirilən Avropa Mobillik həftəsinin Bakı şəhərində qeyd olunması və onun nəticələrinə həsr edilib. Görüşdə Bakı Nəqliyyat Agentliyinin Aparat rəhbəri Gülşən Rzayeva, BMT-nin Azərbaycandakı Rezident Koordinatoru Ofisinin rəhbəri Tarek Çeniti, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Proqram meneceri Ülviyə Abdullayeva, Aİ-nin şəhər mobilliyi üzrə mütəxəssisləri Robert Pressl və Claus Köllinge, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev, Azərbaycan Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Seymur Hüseynov, Rüfət Mahmud – AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəhbəri, Ayaz Hüseynov – Şəhər təsərrüfatı şöbəsinin müdiri/Bakı Şəhər İcra Hakimiyyəti, Zülfiyə Hüseynova – Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi, Umut Alkım Tuncer – IGLUS-da proqram meneceri iştirak edib.
Keçirilən tədbirdə Bakı Nəqliyyat Agentliyinin Aparat rəhbəri Gülşən Rzayeva çıxış edərək bildirib ki, Azərbaycan Avropa İttifaqı, BMT-nin müxtəlif strukturları və digər beynəlxalq təşkilatlarla bütün istiqamətlərdə sıx əməkdaşlıq edir, Azərbaycan dövləti tərəfindən həyata keçirilən siyasətin əsasını insan inkişafı və vətəndaş məmnuniyyətinin təmin edilməsi təşkil edir. Avropa Mobillik Həftəsi çərçivəsində keçirilən tədbirlər, həmçinin, təhlükəsizlik və şəhər mobilliyi ilə bağlı geniş maarifləndirmə tədbirləri də piyada təhlükəsizliyinin artırılmasına və şəhər nəqliyyatına müasir yanaşma haqqında maarifləndirməyə yönəlib.
Bu il 50-dən artıq ölkədən, 3000-dən çox şəhərdən 600-ə yaxın təşkilat "Dayanıqlı mobilliklə təhlükəsizlik və sağlamlıq" mövzusunda keçirilən mobillik həftəsini qeyd edib. Bakı Nəqliyyat Agentliyi ilk dəfə paytaxtımız Bakını bu kampaniyada təmsil edib. 16-22 sentyabr tarixlərində Bakı Nəqliyyat Agentliyinin Nəqliyyat Könüllüləri Proqramı Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə birlikdə şəhərdə müxtəlif maarifləndirmə və təşviqat tədbirləri təşkil edib.
Görüşdə eyni zamanda bildirilib ki, ictimai nəqliyyat hər bir şəhərin nəqliyyat sisteminin əsasını təşkil edir və ictimai nəqliyyatın rahatlığı və keyfiyyətinin artırılması bizim əsas vəzifələrimizdəndir. Görüşdə Bakı Nəqliyyat Agentliyi tərəfindən son illərdə görülən işlər barədə məlumat verilib. Vurğulanıb ki, aktiv mobilliyin təmin edilməsi, eyni zamanda yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəticəsində 2020-ci ildə 2019-cu illə müqayisədə piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayı 20% azalıb.
Emin
Salyan–Şirvan yolunda yarımçıq təmir: Sağ zolaq təhlükəyə çevrilib - AAYDA-dan AÇIQLAMA - VİDEO
Azərbaycanda bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək
İranda müharibə yenidən başlaya bilər – Politoloq səbəbini AÇIQLADI
Yanacaq bahalaşır, yollarda sürət aşağı düşür
Taksilərlə bağlı sərəncam imzalandı – Bu sürücülərin kartı ləğv edilir
Maşın yağları BAHALAŞDI - Ekspert "yenə bahalaşacaq" dedi
Hansı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq? - Bakı WUF13-ə hazırlaşır
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI - FOTO
Gülçülük Sovxozunda çuxurlu yol sakinləri təngə gətirib – İllərdir həlli yoxdur - VİDEO
Bu küçədə hər gün tıxac var; sakinlər avtobus zolağının salınmasını təklif edir - VİDEO
İçərişəhərdə qala divarında uçqunun səbəbi restoranların fəaliyyətidir - MEMAR


















