DƏHŞƏTLİ QƏTL: Maşını saxlayıb xanımına 6 güllə vurdu

Türkiyədə ər avtomobildə mübahisə etdiyi xanımına 6 güllə vurub. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulda baş verib. 37 yaşlı Hakan Ü. xanımı 34 yaşlı Aişə Ü. ilə maşında yol gedərkən mübahisə etməyə başlayıb. Avtomobili yolun kənarına çəkən Hakan silahını çıxararaq yanında oturan Aişəyə 6 güllə vurub. Aişə Ü. hadisə yerində dünyasını dəyişib. Hakan Ü. hadisədən sonra polisə zəng edərək xanımını vurduğunu, təslim olmaq istədiyini bildirib.
Hadisə yerinə gələn polis Hakan Ü.-nü həbs edib. Təcili tibbi yardımın əməkdaşları qadının dünyasını dəyişdiyini təsdiqləyiblər. Cütlüyün daha əvvəl boşanmaq üçün məhkəməyə müraciət etdikləri, ancaq sonra qərarlarını dəyişdikləri bildirilib.
Polis hadisə ilə bağlı istintaqa başlayıb.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar













